
Milli Məclisin sədri Sahibə Qafarova İsrail Dövlətinin Azərbaycandakı səfiri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 28-də İsrail Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik ilə görüşüb. Səfiri salamlayan spiker, bu görüşün onun diplomatla parlamentdə ikinci görüşü olduğunu xatırladıb və onun səfir kimi fəaliyyətini yüksək qiymətləndirib.