QƏDİRLİ Erkin Toğrul oğlu

Dairə: 16 saylı Yasamal ikinci seçki dairəsi

1972-ci il mayın 13-də Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Almaniyada nəşr edilmiş 1 monoqrafiyanın həmmüəllifidir. İngilis və rus dillərini bilir.
1994–2006-cı illərdə Bakı Dövlət Universiteti Hüquq fakültəsinin müəllimi vəzifəsində çalışmış, 2007–2009-cu illərdə USAID-in «Parlament imkanlarının gücləndirilməsi» layihəsinin hüquq müşaviri, 2010–2013-cü illərdə Azərbaycan Lizinq Şirkətinin hüquqşünası olmuşdur.
Respublikaçı Alternativ Partiyasının üzvüdür.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvüdür. Azərbaycan-İrlandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin, Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvüdür.
1 övladı var.

Partiya mənsubiyyəti: Respublikaçı Alternativ Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU