Milli Məclisin Sədri
Sahibə Əli qızı Qafarova
- Salamlama
- Tərcümeyi-hal
- Görüşlər
- Səfərlər
Azərbaycan Respublikası Milli Məclisinin internet saytında sizi salamlayıram.
Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir.
Milli Məclis 125 deputatdan ibarətdir. Parlamentin hər çağırışının səlahiyyət müddəti 5 ildir.
Yeddinci çağırış Milli Məclis 2024-ci il sentyabrın 1-də keçirilən seçkilər nəticəsində formalaşmışdır. Bir palatadan ibarət olan 125 nəfərlik parlamentə 11 siyasi partiyanın təmsilçiləri seçilmişlər. Milli Məclisdə deputat mandatlarının əksəriyyəti cəmiyyətin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının üzvlərinə mənsubdur.
Deputatlar arasında tanınmış siyasi və ictimai xadimlər, alimlər və mütəxəssislər, ədəbiyyat və mədəniyyət adamları vardır. Parlament üzvlərinin 26 nəfəri qadınlardır. Milli Məclisdə 15 komitə, 3 komissiya, 1 təşəbbüs qrupu, habelə xarici ölkələrin parlamentləri ilə əlaqələr üzrə 103 işçi qrupu fəaliyyət göstərir.
Parlamentin büdcəyə nəzarət funksiyasının həyata keçirilməsi üçün Milli Məclis Azərbaycan Respublikasının Hesablama Palatasını yaratmışdır.
Hər il Milli Məclis Nazirlər Kabinetinin, Hesablama Palatasının, İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın), Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun və gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının hesabat, məruzə və məlumatlarını dinləyir.
Azərbaycan parlamentinin fəaliyyəti açıqlıq və aşkarlıq prinsipləri üzərində qurulmuşdur və diqqətinizə təqdim edilən internet saytı da bunun təzahürlərindən biridir. Əminəm ki, burada verilən məlumatlar Azərbaycanın qanunvericilik orqanının fəaliyyəti ilə daha yaxından tanış olmağınıza kömək edəcəkdir.
Sahibə Qafarova,
Azərbaycan Respublikası Milli Məclisinin sədri
2020-ci il martın 10-da altıncı çağırış Milli Məclisin və 2024-cü il sentyabrın 23-də yeddinci çağırış Milli Məclisin sədri seçilmişdir.
Şəmkir şəhərində anadan olmuşdur. Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun Rus dili və ədəbiyyatı fakültəsini və Azərbaycan Dillər Universitetinin İngilis filologiyası fakültəsini fərqlənmə diplomları ilə bitirmişdir. Filologiya elmləri doktoru, professordur. Əməkdar müəllimdir. «Şərəf» ordeni, Azərbaycan Respublikası Milli Məclisinin fəxri medalı ilə təltif edilmişdir. MDB Parlamentlərarası Assambleyasının «Birlik» ordeninə və «Parlament əməkdaşlığının möhkəmləndirilməsinə görə» medalına, Rusiyanın «Dostluq» ordeninə, Türkmənistanın «Əməkdaşlığın inkişafına töhfəyə görə» Dövlət ordeninə, Varşava Universitetinin Fəxri diplomuna və medalına layiq görülmüşdür. Qazaxıstanın Lev Qumilyov adına Avrasiya Milli Universitetinin və Belarus Dövlət Universitetinin fəxri professorudur. Müxtəlif dərslik və dərs vəsaitlərinin, monoqrafiya və onlarca elmi məqalənin müəllifidir. Türk, ingilis və rus dillərini bilir.
1978–1981-ci illərdə Şəmkir şəhərində orta məktəblərdə müəllim işləmişdir. 1981–2020-ci illərdə Bakı Slavyan Universitetinin laborantı, müəllimi, baş müəllimi, dosenti, professoru, Avropa dilləri kafedrasının müdiri, Beynəlxalq əlaqələr üzrə prorektoru (2010–2020-ci illərdə ictimai əsaslarla) olmuşdur. Həmçinin 2000–2004-cü illərdə Qərb Universitetinin Qərb dilləri fakültəsinin dekanı vəzifəsində işləmişdir. 2006-cı ildə ABŞ Dövlət Departamentinin Fulbright Scholarship proqramı çərçivəsində Miçiqan Universitetinin Gender Araşdırmaları İnstitutunda çalışmışdır.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Dördüncü, beşinci, altıncı və yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.
2015–2020-ci illərdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini olmuşdur.
2010–2020-ci illərdə Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olmuş, 2012–2013-cü illərdə həmin qurumda İrqçiliyə və ksenofobiyaya qarşı alt komitəyə, 2014–2015-ci illərdə Gender bərabərliyi alt komitəsinə rəhbərlik etmiş, 2015–2017-ci illərdə «Zorakılıqdan azad qadınlar» şəbəkəsinin siyasi əlaqələndiricisi, Qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçi, 2016–2018-ci illərdə AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri, Büro üzvü olmuşdur. 2018–2020-ci illərdə Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik etmişdir.
Hazırda Parlamentlərarası İttifaqda, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində, Türk Dövlətlərinin Parlament Assambleyasında, MDB-nin Parlamentlərarası Assambleyasında və İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin rəhbəridir.
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin, İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının və İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqının sədridir.
Evlidir, 2 övladı var.
Milli Məclisin sədri Sahibə Qafarova TÜRKPA-nın Baş katibi ilə görüşüb
Sentyabrın 15-də Milli Məclisin sədri Sahibə Qafarova Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsənlə görüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova Çin Xalq Respublikasının Baş prokuroru ilə görüşüb
Avqustun 31-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova ASEAN Parlamentlərarası Assambleyasının tədbirində çıxış edib
Milli Məclisin sədri Sahibə Qafarova iyulun 22-də İndoneziya Respublikası Nümayəndələr Palatasının təşkilatçılığı ilə keçirilən "Mürəkkəb qlobal çağırışların həllində Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) mərkəzi mövqeyinin gücləndirilməsində parlamentin rolu" mövzusunda ASEAN Parlamentlərarası Assambleyası (ASEAN PA) qrupunun 17-ci iclasında iştirak edib.
Milli Məclisin sədri Sahibə Qafarova Çin Kommunist Partiyasının nümayəndə heyəti ilə görüşüb
İyulun 21-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin İnformatika və tədqiqatlar departamentinin direktor müavini Kanq Şuayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanın baş prokuroru ilə görüşüb
İyulun 20-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının baş prokuroru Niqmatilla Yuldoşevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova iyulun 16-da ölkəmizdə səfərdə olan Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa ilə görüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova iyulun 15-də ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə görüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidenti ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova ABŞ-yə işgüzar səfəri çərçivəsində Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidenti Xəlilur Rəhmanla görüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova Kolumbiya Universitetində çıxış edib
Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarova Amerika Birləşmiş Ştatlarında işgüzar səfərdədir. Səfər çərçivəsində parlamentin sədri Kolumbiya Universitetində “Qlobal öhdəliklərin milli fəaliyyətə çevrilməsi: Parlament, davamlı inkişaf və Azərbaycanın iqlim gündəliyi” mövzusunda çıxış edib.
Milli Məclisin sədri Sahibə Qafarova ABŞ-yə səfəri çərçivəsində BMT-dəki Şərqi Avropa Qrupu ölkələrinin daimi nümayəndələri ilə görüşüb
Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfəri çərçivəsində Birləşmiş Millətlər Təşkilatındakı (BMT) Şərqi Avropa Qrupu ölkələrinin daimi nümayəndələri ilə görüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova Nyu-Yorkda İƏT-ə üzv dövlətlərin daimi nümayəndələri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova ABŞ-yə işgüzar səfəri çərçivəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı Baş Qərargahında İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin daimi nümayəndələri ilə görüşüb.
Milli Məclisin sədri Sahibə Qafarovanın Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri başlayıb
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə gəlib.
Milli Məclisin sədri Sahibə Qafarova Cenevrə Universitetində çıxış edib
Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasında işgüzar səfərdədir. Səfər çərçivəsində parlamentin sədri Cenevrə Universitetində “Sülhün, dialoqun və davamlı inkişafın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusunda çıxış edib.
Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə yerləşən diplomatik korpus rəhbərləri və nümayəndələri ilə görüşdə çıxış edib
Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasında işgüzar səfərdədir. Səfər çərçivəsində parlamentin sədri Cenevrədə yerləşən diplomatik korpus rəhbərləri və nümayəndələri ilə görüşdə çıxış edib.

