ƏLİYEV Bəxtiyar Həmzə oğlu

Dairə: 118 saylı Ağdam şəhər

1961-ci il martın 20-də Ağdamda anadan olmuşdur. Moskva Dövlət Universitetinin Psixologiya fakültəsini bitirmişdir. Psixologiya elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür. Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvüdür. «Şöhrət» ordeni ilə təltif edilmişdir. 15 monoqrafiya və dərsliyin, 225 elmi məqalə və məruzə tezislərinin müəllifidir. Elmi rəhbərliyi ilə 42 nəfər elmlər doktoru və fəlsəfə doktoru hazırlanmışdır. Rus və ingilis dillərini bilir.
1983–2020-ci illərdə Bakı Dövlət Universitetinin Psixologiya kafedrasında çalışmış və 1997–2020-ci illərdə həmin kafedranın müdiri olmuşdur. «Psixologiya» jurnalının baş redaktorudur.
Bitərəfdir.
İkinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Elm və təhsil komitəsinin sədridir. Azərbaycan-İndoneziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, İrlandiya, İsrail, İsveçrə, Uruqvay, Yunanıstan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Elm və təhsil komissiyası sədrinin müavinidir.
Evlidir, 2 övladı var.

Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU