NAXÇIVANLI Aqiyə Həbib qızı

Dairə: 117 saylı Oğuz-Qəbələ

1950-ci il martın 11-də Oğuz şəhərində anadan olmuşdur. Azərbaycan Pedaqoji Dillər İnstitutunun Rus dili və ədəbiyyatı fakültəsini və Bakı Ali Partiya Məktəbini bitirmişdir. Fəlsəfə üzrə fəlsəfə doktoru, siyasi elmlər doktoru, professordur. Əməkdar müəllimdir. «Şöhrət» və 2-ci dərəcəli «Vətənə xidmətə görə» ordenləri ilə təltif edilmişdir. 3 monoqrafiya, 8 kitab və 100-dən çox elmi məqalənin müəllifidir. Rus dilini bilir.
1972-ci ildən Oğuz şəhərindəki 2 saylı orta məktəbdə müəllim işləmiş, 1973– 1978-ci illərdə Oğuz Rayon Komsomol Komitəsinin katibi, birinci katibi, Azərbaycan LKGİ MK-nın şöbə müdiri, 1980–1983-cü illərdə Naxçıvan Vilayət Partiya Komitəsinin, 1983–1985-ci illərdə 26 Bakı Komissarı Rayon Partiya Komitəsinin təlimatçısı olmuşdur. 1985–1995-ci illərdə Bakı Ali Partiya Məktəbində müəllim, 1995–1999-cu illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda baş müəllim, dosent, kafedra müdiri, elmi katib, aspirantura şöbəsinin müdiri, 1999– 2004-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsinin dekanı, 2005–2015-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun rektoru vəzifələrində çalışmışdır.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvüdür. Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, İspaniya, İsveçrə, İtaliya, Monteneqro, Rumıniya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 2 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU