MUSAYEV Elşən Məmmədhənifə oğlu
1979-cu il avqustun 11-də Oğuz şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin Beynəlxalq hüquq ixtisası üzrə bakalavr və magistr pillələrini bitirmişdir. İngilis, rus və alman dillərini bilir.
2001–2003-cü illərdə Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsində məhkəmə nəzarətçisi işləmiş, 2009–2010-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komissiyasının, 2010–2015-ci illərdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin eksperti vəzifəsində çalışmışdır.
Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədridir.
Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Regional məsələlər komitəsi sədrinin müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. Belarus, Braziliya, Cənubi Afrika Respublikası, Çexiya, İtaliya, Qətər, Malayziya, Pakistan, Serbiya, Tailand, Türkiyə, Türkmənistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 1 övladı var.
Azərbaycan-Braziliya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Cənubi Afrika Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Tailand parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Köməkçi: Cəfər Əliyev