İBRAHİMQIZI Məlahət İbrahim qızı
1958-ci il aprelin 25-də Ermənistan Respublikası Basarkeçər rayonunun Kiçik Məzrə kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Harvard Universitetinin Kennedi Proqramının İctimai səhiyyə, Qadın və hakimiyyət kurslarında təhsil almışdır. Tarix üzrə fəlsəfə doktorudur. Qadın hüquqlarına dair 5 kitabın müəllifidir. «Şöhrət» ordeni ilə təltif edilmişdir. İngilis və rus dillərini bilir.
1983–1991-ci illərdə Bakıda 19 saylı uşaq poliklinikasının həkimi, 1991–1998-ci illərdə 17 saylı uşaq poliklinikasının baş həkimi olmuş, 1998–2000-ci illərdə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışmışdır.
Yeni Azərbaycan Partiyası Təftiş komissiyasının üzvü, Nəsimi rayon təşkilatının sədridir.
İkinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Əmək və sosial siyasət komitəsi sədrinin müavini, Səhiyyə komitəsinin və İntizam komissiyasının üzvüdür. Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Amerika Birləşmiş Ştatları, Avstriya, Belarus, İordaniya, Qətər, Qırğızıstan, Malayziya, Niderland, Özbəkistan, Türkiyə, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Türkdilli Ölkələrin Parlament Assambleyasında, NATO-nun Parlament Assambleyasında və Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvüdür.
Evlidir, 2 övladı var
İntizam komissiyası
Türk Dövlətləri Parlament Assambleyasi
NATO Parlament Assambleyası
Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Qətər parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Niderland parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Banqladeş parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Köməkçi: Xətai Məmmədli