HACIYEV Emin Məcid oğlu

Dairə: 43 saylı Sumqayıt üçüncü seçki dairəsi

1982-ci il fevralın 13-də Sumqayıt şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini, Rusiya Xarici İşlər Nazirliyi yanında Diplomatiya Akademiyasını bitirmişdir. İqtisad elmləri üzrə fəlsəfə doktorudur. «Tərəqqi» medalı ilə təltif edilmişdir. Rus və ingilis dillərini bilir.
2006-cı ildə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində aparıcı mütəxəssis vəzifəsində çalışmış, 2007-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlıların milli-mədəni muxtariyyətinin gənclər təşkilatının sədri, 2007–2009-cu illərdə Azərbaycan Respublikası Baş Konsulluğunun əməkdaşı, 2009–2019-cu illərdə Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin məsul katibi, idarə heyətinin üzvü, 2014–2019-cu illərdə Rusiya Gənclər və Uşaq Birlikləri Milli Şurası İdarə Heyətinin üzvü olmuşdur. Hazırda Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin İdarə Heyətinin üzvüdür.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin Aqrar siyasət komitəsinin, Regional məsələlər komitəsinin, Hesablayıcı komissiyasının üzvüdür. Amerika Birləşmiş Ştatları, Avstriya, Çexiya, İtaliya, Qətər, Latviya, Macarıstan, Malayziya, Rusiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin, Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvüdür.
Evlidir, 3 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Üzv olduğu komitə və komissiyalar:
Aqrar siyasət komitəsi
Hesablayıcı komissiya
Regional məsələlər komitəsi

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU