XƏBƏRLƏR

18/01/21

MİLLİ MƏCLİSİN ELM VƏ TƏHSİL KOMİTƏSİNİN 2021-Cİ İLİN YAZ SESSİYASINDA İLK İCLASI KEÇİRİLİB

Yanvarın 18-də Milli Məclisin Elm və təhsil komitəsinin  2021-ci ilin yaz  sessiyasında  onlayn  formada ilk  iclası  keçirilib. 
Onlayn iclası açan komitə sədri Bəxtiyar Əliyev  həmkarlarına qarşıdan gələn yaz sessiyasında uğurlar arzulayıb. Komitə sədri bildirib ki, ötən – 2020-ci il xalqımızın tarixinə qızıl hərflərlə yazılıb. Belə ki,  Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qəhrəman Ordumuz torpaqlarımızın ermənilər tərəfindən işğalına  son qoyub,  ölkəmizin  ərazi bütövlüyü  və suverenliyi bərpa  edilib. 

ətraflı

15/01/21

Milli Məclisin Sədri Sahibə Qafarova Əfqanıstan İslam Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb

Yanvarın 15-də Milli Məclisin Sədri Sahibə Qafarova Əfqanıstan İslam Respublikasının ölkəmizdəki səfiri Amanullah Ceyhun ilə görüşüb.
Spiker qonağı salamlayaraq ona səfir kimi fəaliyyətində uğurlar arzulayıb və ümidvar olduğunu bildirib ki, Amanullah Ceyhun Əfqanıstanın Azərbaycanda təmsilçisi kimi ölkələrimiz arasında münasibətlərin inkişafında səylərini əsirgəməyəcək.
Qeyd edilib ki, Azərbaycan respublikamızın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri olan Əfqanıstanla  müxtəlif sahələrdə əlaqələrin dərinləşməsində maraqlıdır.

ətraflı

12/01/21

PARLAMENTDƏ YAP-ın İLK ƏRAZİ TƏŞKİLATININ TƏDBİRİ KEÇİRİLİB

Yanvarın 11-də Milli Məclisdə Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayonu üzrə 2 saylı İlk Ərazi Təşkilatının İdarə Heyətinin videoformatda geniş iclası keçirilib. Tədbir iştirakçılarını salamlayan Milli Məclisin Sədri Sahibə Qafarova iclasın işinə uğurlar arzulayıb, yeni - 2021-ci ildə qarşıda duran vəzifələrdən danışıb. Spiker öncə yanvarın 6-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə videoformatda keçirilən 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirəyə toxunub. Bildirib ki, adı çəkilən tədbirdə ötən ilin yekunlarını çox geniş və konseptual şəkildə təhlil edən dövlət başçısı işğaldan azad olunmuş ərazilərdə görüləcək quruculuq işləri və Ermənistan rəhbərliyinin təxribatçı davranışları ilə bağlı çox dəqiq mesajlar verib. 

ətraflı

06/01/21

Deputatlarımız Qazaxıstanda keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər

Milli Məclisin deputatları Qazaxıstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün yanvarın 7-də ölkənin paytaxtı Nur-Sultan şəhərinə səfər edəcəklər. 


ətraflı

05/01/21

Deputatlarımız Qırğızıstanda prezident seçkilərini müşahidə edəcəklər

Milli Məclisin deputatları Qırğızıstanda keçiriləcək növbədənkənar  prezident seçkilərini müşahidə etmək üçün yanvarın 8-də ölkənin paytaxtı Bişkek şəhərinə səfər edəcəklər.


ətraflı

QANUN LAYİHƏLƏRİ

"Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə

I oxunuş


Müzakirədə iştirak edin
"Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

I oxunuş | II oxunuş


Müzakirədə iştirak edin
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə

I oxunuş | II oxunuş


Müzakirədə iştirak edin
"Dövlət borcu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

I oxunuş | II oxunuş


Müzakirədə iştirak edin
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə

I oxunuş | II oxunuş


Müzakirədə iştirak edin
xəbərlərin arxivi qanun layihələri arxivi bəyanatların arxivi
Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Əlaqə | Linklər | Saytın xəritəsi