Ana səhifə  /  XƏBƏRLƏR  /  Sədrin görüşləri
141

Milli Məclisin sədri Sahibə Qafarova Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit ilə görüşüb

Oktyabrın 13-də Milli Məclisin sədri Sahibə Qafarova Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Konfransın (AQEM) Bakıda keçiriləcək Zirvə görüşündə iştirak etmək üçün ölkəmizdə rəsmi səfərdə olan Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

13 oktyabr 2026    19:10
713

Milli Məclisin sədri Sahibə Qafarova ASEAN Parlamentlərarası Assambleyasının tədbirində çıxış edib

Milli Məclisin sədri Sahibə Qafarova iyulun 22-də İndoneziya Respublikası Nümayəndələr Palatasının təşkilatçılığı ilə keçirilən "Mürəkkəb qlobal çağırışların həllində Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) mərkəzi mövqeyinin gücləndirilməsində parlamentin rolu" mövzusunda ASEAN Parlamentlərarası Assambleyası (ASEAN PA) qrupunun 17-ci iclasında iştirak edib.

22 iyul 2026    15:42
638

Milli Məclisin sədri Sahibə Qafarova “Rəqəmsal İdarəetmə üzrə Parlament Dialoqu” mövzusunda yüksək səviyyəli beynəlxalq tədbirdə çıxış edib

Milli Məclisin sədri Sahibə Qafarova WSIS Forum 2026 çərçivəsində Parlamentlərarası İttifaq, Birlik Parlament Assosiasiyası və BMT-nin İnkişaf Proqramı tərəfindən birgə təşkil olunan, Beynəlxalq Telekommunikasiya İttifaqının ev sahibliyi etdiyi “Rəqəmsal İdarəetmə üzrə Parlament Dialoqu” mövzusunda keçirilən yüksək səviyyəli dialoqda iştirak edib.

10 iyul 2026    15:06

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.