ASLANOV Novruzəli Davud oğlu
1963-cü il martın 22-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun Avtomatika və elektron-hesablayıcı texnika fakültəsini bitirmişdir. Beynəlxalq Ekologiya-Energetika Akademiyasının fəlsəfə doktorudur. «Tərəqqi» medalı, 3-cü dərəcəli və 2-ci dərəcəli «Vətənə xidmətə görə» ordenləri ilə təltif edilmişdir. 11 kitabın, yüzlərcə musiqi əsərinin müəllifidir. Rus və ingilis dillərini bilir.
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvüdür.
1985-ci ildən Bakı elektron-hesablayıcı maşınlar zavodunda mühəndis-konstruktor, böyük mühəndis, şöbə müdiri, direktor müavini işləmişdir. 1991-ci ildən «Azərağackağız» İdarəsinin rəis müavini, rəisi, «Azərağackağız» Səhmdar Cəmiyyətinin sədri, prezidenti vəzifələrində çalışmışdır. 1999–2003-cü illərdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri olmuşdur. 2003-cü ildən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidentidir.
Bitərəfdir.
Üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Aqrar siyasət komitəsinin, Mədəniyyət komitəsinin üzvüdür. Albaniya, Belarus, Bəhreyn, Bosniya və Herseqovina, Danimarka, Kuba, Monteneqro, Pakistan, Rusiya, Serbiya, Tacikistan, Ukrayna, Uruqvay, Vyetnam parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 4 övladı var.
Mədəniyyət komitəsi
Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Bəhreyn parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Bosniya və Hersoqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Danimarka parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Kuba parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Monteneqro parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Uruqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Vyetnam parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Panama parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Köməkçi: Kamran Xanlarlı