Ana səhifə  /  Rəhbərlik  /  Sədrin birinci müavini

Sədrin birinci müavini

Əli Cavad oğlu Əhmədov

2024-cü il sentyabrın 23-dən Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavinidir. 
 
1953-cü il yanvarın 27-də Ermənistan Respublikası Basarkeçər rayonunun Dərə kəndində anadan olmuşdur. Moskva Dövlət Tarix-Arxiv İnstitutunun Tarix fakültəsini bitirmişdir. Fəlsəfə üzrə fəlsəfə doktoru, dosentdir. «Şöhrət» və «Şərəf» ordenləri ilə təltif edilmişdir. Polşa Respublikasının «Xidmətlərə görə» Legioner ordeninə layiq görülmüşdür. 1 dərsliyin, 50-dən çox elmi əsərin müəllifidir. 
Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür. 
 
1975-ci ildən Azərbaycan Baş Arxiv İdarəsinin baş elmi işçisi, Elmlər Akademiyasının Mərkəzi Elmi Baş Arxivinin müdiri olmuşdur. 1980-ci ildən Azərbaycan Dövlət Universitetində laborant, müəllim, baş müəllim, dosent, kafedra müdiri işləmişdir. 1997-ci ildən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında şöbə müdirinin müavini, 1999–2000-ci illərdə Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyətinin başçısı olmuşdur. 2013-cü il oktyabrın 22-dən 2024-cü il sentyabrın 23-dək Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışmışdır.
 
Yeni Azərbaycan Partiyası sədrinin müavinidir. 1999–2021-ci illərdə Yeni Azərbaycan Partiyasının İcra katibi olmuşdur. 
 
İkinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 
 
Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin parlamentlərarası əməkdaşlıq komissiyasının həmsədridir. 
 
Evlidir, 2 övladı var. 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.