OSMANOV Cavid Həmid oğlu
1975-ci il fevralın 6-da Ağdaş şəhərində anadan olmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsini bitirmişdir. Rus dilini bilir.
2001–2002-ci illərdə Ağdaş Rayon Gənclər, Turizm və İdman İdarəsinin baş inspektoru, 2002–2005-ci illərdə rəisi, 2005-ci ildən Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Ağdaş şəhəri üzrə nümayəndəsi vəzifələrində çalışmış, 2006–2016-cı illərdə Ağdaş Rayon İcra Hakimiyyəti başçısının birinci müavini olmuşdur.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Ağdaş rayon təşkilatının sədridir.
Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Gənclər və idman komitəsinin, Regional məsələlər komitəsinin üzvüdür. Birləşmiş Ərəb Əmirlikləri, Bosniya və Herseqovina, Çin, Gürcüstan, İtaliya, Ukrayna parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
GUAM-ın Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 2 övladı var.
Regional məsələlər komitəsi
Azərbaycan-Bosniya və Hersoqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Əlcəzair parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Qvatemala parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Köməkçi: Rəhman Rəhimov