Aparatın rəhbəri
Fərid Famil oğlu Hacıyev
1989-cu ildə Bakı şəhərində anadan olmuşdur.
Bakı Dövlət Universitetinin hüquq fakültəsində bakalavr, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət qulluğunun təşkili və idarəedilməsi ixtisası üzrə magistr təhsili almışdır.
Universitetdə təhsil aldığı dövrdə müxtəlif şirkətlərdə hüquq məsləhətçisi kimi çalışmışdır.
2012-ci ildən Azərbaycan Respublikası Milli Məclisində fəaliyyət göstərməyə başlamış və Milli Məclis aparatında müxtəlif vəzifələrdə, o cümlədən, Milli Məclis Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
Azərbaycan Respublikasının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən müxtəlif beynəlxalq tədbirlərdə təmsil olunmuş, beynəlxalq təlimlərdə iştirak etmiş və müvafiq sertifikat almışdır.
Beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilmiş müxtəlif layihələrdə və tədbirlərdə Milli Məclis Aparatını təmsil etmiş, parlamentin fəaliyyəti və büdcə nəzarəti mövzularında məruzələrlə çıxış etmiş, bir neçə model qanunun müəllifi olmuşdur.
2-ci dərəcə dövlət müşaviridir.
Azərbaycan, ingilis və rus dillərini bilir.
Evlidir, iki övladı var.

