
SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
İyunun 13-də Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirildi. Komitənin sədri Hadi Rəcəbli deputatların müzakirəsinə təqdim olunan “Sosial sığorta haqqında” qanuna dəyişikliklər edilməsi barədə sənəd haqqında ətraflı məlumat verdi. Bildirildi ki, layihədə edilən dəyişikliklər sosial sifariş əsasında həyata keçirilib, habelə artıq iki ildən artıqdır ki, cəmiyyətdə və aidiyyəti qurumlarda müzakirə olunur.

İQTİSADİ SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
İyunun 4-də Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirildi. İclasın gündəliyinə “Gömrük tarifi haqqında” və “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanun layihələri daxil edilmişdir.

İQTİSADİ SİYASƏT KOMİTƏSİNİN İCLASINDA 2012-Cİ İLİN DÖVLƏT BÜDCƏSİNİN İCRASI HAQQINDA QANUN LAYİHƏSİ MÜZAKİRƏ OLUNDU
Milli Məclisin mayın 23-də keçirilən İqtisadi siyasət komitəsinin iclasında 2012-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsi müzakirəyə çıxarıldı.

AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Mayın 23-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirildi. İclasın gündəliyinə “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanun layihəsi daxil edilmişdi.

Cəlilabad rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər ediləcək
Mayın 21-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirildi.Komitənin sədri Arif Rəhimzadə iclasın gündəliyi haqqında məlumat verərək “Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin müzakirə ediləcəyini bildirdi.

MİLLİ MƏCLİS KOMİTƏLƏRİNİN BİRGƏ İCLASINDA
Mayın 15-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları və Sosial siyasət komitələrinin birgə iclası keçirildi. İclası açan Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəlikdəki məsələlərlə deputatları tanış etdi.

İQTİSADİ SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Mayın 2-də Milli Məclisin İqtisadi siyasət komitəsinin növbəti iclası keçirildi. İclası açan komitə sədri Ziyad Səmədzadə gündəlikdəki məsələlərlə deputatları tanış etdi. Əvvəlcə komitə üzvləri “Avtomobil yolları haqqında” qanun layihəsinə dəyişiklikləri müzakirə etdilər.

HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNİN İCLASINDA
Aprelin 30-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirildi. Əvvəlcə komitə sədri Əli Hüseynli bildirdi ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva yeni amnistiya aktının qəbul olunması ilə bağlı Milli Məclisə müraciət edib.

REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNDƏ
Aprelin 19-da Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirildi. Komitənin sədri Arif Rəhimzadə iclası açaraq gündəliyə daxil olan məsələləri deputatların nəzərinə çatdırdı.

SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Aprelin 18-də Milli Məclisin Sosial siyasət Komitəsinin iclası keçirildi. Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, gündəliyə üç məsələ daxil edilmişdir. Bunlardan ikisi “Əmək pensiyaları haqqında”, biri isə “Sosial müavinətlər haqqında” Qanunlara dəyişiklikləri nəzərdə tutur.

İQTİSADİ SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Aprelin 18-də Milli Məclisin İqtisadi siyasət komitəsinin növbəti iclası keçirildi. Əvvəlcə iclasda “Gömrük tarifi haqqında” yeni qanun layihəsi müzakirə olundu.Komitənin sədri Ziyad Səmədzadə bildirdi ki, Azərbaycan Prezidentinin imzası ilə parlamentə daxil olmuş bu sənəd ölkəmizin iqtisadi və milli təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyır.

MƏDƏNİYYƏT KOMİTƏSİNİN İCLASINDA
Aprelin 10-da Milli Məclisin Mədəniyyət komitəsinin növbəti iclası keçirildi. Komitənin sədri Nizami Cəfərov bildirdi ki, bugünkü iclasın gündəliyinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurası üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin təyin edilməsi məsələsi daxil edilib.

SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ
Aprelin 2-də Milli Məclisin Sosial siyasət komitəsinin iclasında üç məsələyə baxıldı.İclasda öncə komitənin sədri Hadi Rəcəbli “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunda dəyişikliklər edilməsi barədə” məsələni təqdim etdi.

SAHİBKARLIĞA DAİR YENİ QANUN LAYİHƏSİ HAZIRLANIB
Martın 14-də Milli Məclisin İqtisadi siyasət və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun layihəsi I oxunuşda müzakirəyə çıxarıldı. İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi ki, bu qanun Azərbaycan Prezidentinin tapşırığı ilə hazırlanıb və ölkədə sahibkarlığın inkişafına xidmət edəcək.

AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Martın 15-də Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirildi. İclasda “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi müzakirə olundu.

SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Fevralın 27-də Milli Məclisin Sosial siyasət komitəsinin növbəti iclası keçirildi. Komitə sədri Hadi Rəcəbli bildirdi ki, bugünkü iclasın gündəliyinə “Uşaqların icbari dispanserizasiyası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi daxil edilib.

SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ
Fevralın 20-də Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirildi. Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, gündəliyə iki məsələ daxil edilib.

SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Fevralın 13-də Milli Məclisin Sosial siyasət Komitəsinin iclası keçirildi. Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, gündəliyə 7 məsələ daxil edilmişdir. Məlumat verildi ki, “Reklam haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən, özəl tibb fəaliyyəti subyektləri tərəfindən göstərilən tibbi xidmətlərinin reklamının yayımı müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilməlidir.

BAKIDA AVRONEST PARLAMENT ASSAMBLEYASININ KOMİTƏ İCLASI KEÇİRİLDİ
Fevralın 12-də Milli Məclisdə Avronest Parlament Assambleyasının Enerji təhlükəsizliyi Komitəsinin iclası keçirildi. Avropa Parlamentinin, eləcə də Ukrayna, Gürcüstan və Moldova parlamentlərinin deputatlarının, nüfuzlu beynəlxalq iqtisadi qurumların ekspertlərinin, Azərbaycanın dövlət və hökumət üzvlərinin iştirak etdiyi Enerji təhlükəsizliyi Komitəsinin iclasını açan komitənin həmsədri Fuad Muradov müzakirə olunan məsələlərin və təqdim olunan məruzələrin gələcəkdə enerji təhlükəsizliyinin təminatı yollarının tapılmasında əhəmiyyətli olacağını dedi.

İNSAN HÜQUQLARI KOMİTƏSİNDƏ
Fevralın 13-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirildi. Gündəlikdə üç məsələ olduğunu bildirən komitə sədri Rəbiyyət Aslanova öncə “İctimai iştirakçılıq haqqında” qanun layihəsini təqdim etdi.