
Milli Məclisin deputatı İndoneziyada seçkiləri izləyəcək
Milli Məclisin deputatı, İndoneziya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Əliabbas Salahzadə İndoneziya Respublikasında keçiriləcək prezident və parlament seçkilərini müşahidə etmək üçün fevralın 12-də Bali şəhərinə səfər edəcək.
İraq Parlamentinin müşahidə missiyasının üzvləri Milli Məclisdə
Fevralın 9-da Milli Məclisin sədr müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli Azərbaycanda fevralın 7-də keçirilən prezident seçkilərini müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olan İraq Respublikası Parlamentinin müşahidə missiyasının üzvləri ilə görüşüb.
 - Copy_1707406425.jpeg)
PARLAMENT GÖRÜŞLƏRİ
Fevralın 8-də Milli Məclisin sədr müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli Azərbaycanda fevralın 7-də keçirilən prezident seçkilərini müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olan Braziliya parlamentinin senatorları Nelson Trad Filxo və Karlos Viana ilə görüşüb.
Serbiyanın AŞPA-dakı nümayəndə heyəti Assambleyanın Azərbaycan nümayəndə heyəti ilə bağlı qəbul etdiyi qətnaməyə etirazını bildirib
Serbiyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti AŞPA-nın Azərbaycan nümayəndə heyəti ilə bağlı qəbul etdiyi qətnaməyə görə Assambleyanın sədri Teodoros Rousopoulosa etiraz müraciəti ünvanlayıb.
Azərbaycan Respublikasının Milli Məclisində yaradılmış Korsika Xalqına Dəstək Qrupunun Bəyanatı
2024-cü ilin 28 yanvar tarixində Korsikada 700-ə yaxın insan müstəqillik uğrunda mübarizə aparan strukturları və fəalları birləşdirən, Fransa müstəmləkə hökmranlığına qarşı mübarizəyə sadiqliyini təsdiqləyən yeni bir "Nazione" hərəkatını təsis etmişdir.
_1706876512.jpeg)
Parlamentlərarası İttifaqın baş katibi Ağdam şəhərinə səfər edib
Ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq fevralın 2-də Ağdam şəhərinə səfər edib.
Milli Məclisdə görüş
Fevralın 1-də Milli Məclisin Çexiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Çex Respublikası Parlamenti Deputatlar Palatasının sədri Marketa Pekarova Adamovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Parlamentlərarası İttifaqın nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib
Fevralın 1-də ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqun başçılıq etdiyi nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb.
_1706800233.jpeg)
Çex Respublikası parlamentinin nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Ölkəmizdə səfərdə olan Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamovanın başçılıq etdiyi nümayəndə heyəti fevralın 1-də Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.
Çexiya parlamentinin Deputatlar Palatasının sədri Azərbaycana rəsmi səfərə gəlib
Çexiya Respublikası parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamovanın rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 1-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Azərbaycan-Türkiyə münasibətləri daha da möhkəmlənir
Yanvarın 29-da Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi üzvlərinin Türkiyə Böyük Millət Məclisinin(TBMM) Milli Müdafiə Komissiyasının sədri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.
Milli Məclisdə görüş
Yanvarın 29-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi üzvlərinin Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli müdafiə komissiyasının sədri Hulusi Akarın başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşü keçirilib.
_1706524544.jpeg)
TBMM-in nümayəndə heyəti Fəxri xiyabanı, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edib
Yanvarın 29-da ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli müdafiə komissiyasının sədri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin bəyanatı
Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti yanvarın 24-də qurumun iclasında bəyanatla çıxış edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi AZƏRTAC-a istinadən bəyanatı təqdim edir.

ATƏT PA-nın tədbirində
Milli Məclisin deputatı, parlamentin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri və qurumun İqtisadi məsələlər, ətraf mühit, elm və texnologiya baş komitəsinin sədri Azay Quliyev yanvarın 25-də Danimarka Krallığının Kopenhagen şəhərinə səfər edəcək.
Milli Məclisdə görüş
Yanvarın 24-də Milli Məclisin Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatası sədrinin birinci müavini Akmal Saidovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü olub.
_1706093395.jpeg)
Özbəkistan parlamentinin nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycanda səfərdə olan olan Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatası sədrinin birinci müavini Akmal Saidovun başçılıq etdiyi nümayəndə heyəti yanvarın 24-də Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.
Milli Məclisdə görüş
Yanvarın 23-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Küveyt Ümmət Məclisinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Məhəmməd Haif Əl-Muteyrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.
Küveyt Milli Assambleyasının nümayəndə heyəti Milli Məclisdə
Yanvarın 22-də Milli Məclisin Küveytlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Küveyt Ümmət Məclisinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Məhəmməd Haif Əl-Muteyrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Küveytli deputatlar Bakıda Şəhidlər xiyabanını ziyarət ediblər
Yanvarın 22-də Küveyt Ümmət Məclisinin Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Məhəmməd Haif Əl-Muteyrinin başçılıq etdiyi nümayəndə heyəti Bakıda Şəhidlər xiyabanını ziyarət edib.