Azərbaycan və Kamboca deputatlarının onlayn görüşündə

Tədbirlər
04 iyun 2025 | 16:10   

İyunun 4-də Azərbaycan və Kamboca parlamentlərinin qarşılıqlı dostluq qruplarının nümayəndələrinin iştirakı ilə videokonfrans formatında görüş keçirilib.

Onlayn görüşdə Milli Məclisin Kamboca ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Şahin Seyidzadə çıxış edərək iştirakçıları salamlayıb, ölkələrimiz arasında əməkdaşlığın perspektivləri və mövcud potensialı barədə danışıb. O, Milli Məclisin Kamboca parlamenti ilə əlaqələrin inkişafına böyük önəm verdiyini vurğulayıb, münasibətlərin dərinləşməsində dostluq qruplarının rolunu xüsusi qeyd edərək, bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşüb.

Kamboca Parlamenti Milli Assambleyasının Azərbaycanla dostluq qrupunun rəhbəri Suos Yara çıxış edərək, Kambocanın Azərbaycanla müxtəlif sahələrdə, o cümlədən qanunverici orqanlar səviyyəsində əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib. O, münasibətlərin möhkəmləndirilməsində parlamentlərarası dostluq qrupları arasında sıx təmasların mühüm rol oynadığını qeyd edib.

Sonra görüşdə parlamentlərarası əlaqələrin cari vəziyyəti, inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Onlayn iclasda Milli Məclisin Kamboca ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Könül Nurullayeva, Səbinə Xasayeva, kambocalı parlamentarilər və digər rəsmi şəxslər iştirak ediblər.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU