QDİƏT PA-nın Sosial və humanitar siyasət komitəsində

Tədbirlər
17 iyun 2025 | 13:40   

İyunun 17-də Milli Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Sosial və humanitar siyasət komitəsinin əlavə iclası keçirilib.

Tədbirdə Milli Məclisin deputatları - QDİƏT PA-da nümayəndə heyətimizin rəhbəri Eldar Quliyev, üzvləri Eldar İbrahimov, Musa Quliyev, Səbinə Salmanova, quruma üzv ölkələrin parlament nümayəndə heyətləri və digər şəxslər iştirak ediblər.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin, həmçinin  QDİƏT PA-nın Sosial və humanitar siyasət komitəsinin sədri Musa Quliyev iclasda diqqətə çatdırıb ki,  tədbir “QDİƏT-ə üzv dövlətlərdə əlilliyi olan şəxslərin təhsilinin və məşğulluğunun artırılması üzrə cari təcrübə və strategiyalar” mövzusuna həsr olunub.

İclasda “QDİƏT-ə üzv dövlətlərdə əlilliyi olan şəxslərin təhsilinin və məşğulluğunun artırılması üzrə cari təcrübə və strategiyalar” mövzusunda hesabat layihəsinə baxılıb, eyni mövzuda tövsiyə qərarının layihəsi səsə qoyularaq qəbul edilib.

Tədbirdə QDİƏT Parlament Assambleyasının Baş katibi Asəf Hacıyev iştirak edirdi.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU