ATƏT-in tədbirində

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov iyunun 1-də Avstriya Respublikasının Vyana şəhərinə səfər edəcək.
Millət vəkili səfər çərçivəsində ATƏT-in "İnklüzivlik tolerantlığın təşviqi və ayrı-seçkiliyin aradan qaldırılması vasitəsi kimi: İnsan ölçüsü üzrə üçüncü əlavə görüş" mövzusunda keçiriləcək tədbirdə iştirak edəcək.
Səfər iyunun 4-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi