Ana səhifə  /  XƏBƏRLƏR  /  Sədrin görüşləri
1213

Milli Məclisin sədri Sahibə Qafarova "Qarabağ Ampute Futbol Klubu"nun üzvləri ilə görüşüb

İyulun 17-də Milli Məclisin sədri Sahibə Qafarova Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri və Vətən müharibəsində sağlamlıqlarını itirmiş qazilərdən ibarət "Qarabağ Ampute Futbol Klubu"nun üzvləri ilə görüşüb. Spiker Sahibə Qafarova qaziləri salamlayaraq deyib ki, torpaqlarımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlıqlarını itirmiş qəhrəman insanlarımızla görüşmək qürurvericidir.

17 iyul 2021    17:45
820

Milli Məclisin Sədri Sahibə Qafarova BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

İyunun 24-də Milli Məclisin Sədri Sahibə Qafarova BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzaini ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Spiker qonağı səmimi salamlayaraq, Azərbaycanın bütün beynəlxalq təşkilatlarla, o cümlədən, BMT ilə münasibətlərə böyük əhəmiyyət verdiyini bildirib.

24 iyun 2021    17:22
982

Milli Məclisin Sədri Sahibə Qafarova Pakistan Senatının Sədri ilə görüşüb

Pakistanda rəsmi səfərdə olan Milli Məclisin Sədri Sahibə Qafarova iyunun 4-də Pakistan İslam Respublikası Senatının Sədri Məhəmməd Sadiq Sancrani ilə görüşüb. Azərbaycan parlamentinin nümayəndə heyətini ehtiramla qarşılayan Pakistan Senatının Sədri Məhəmməd Sadiq Sancrani ölkələrimiz arasında tarixən formalaşmış və Azərbaycanın müstəqilliyi dövründə daha da möhkəmlənmiş əlaqələrdən söz açıb.

04 iyun 2021    19:04
1153

Milli Məclisin Sədri Sahibə Qafarova Pakistan Prezidenti Arif Alvi ilə görüşüb

İyunun 4-də Milli Məclisin Sədri Sahibə Qafarova Pakistana rəsmi səfəri çərçivəsində Pakistan Prezidenti Arif Alvi ilə görüşüb. Azərbaycan Milli Məclisinin Sədrini və parlament nümayəndə heyətini Pakistanda görməkdən məmnunluğunu ifadə edən Prezident Arif Alvi onun salamlarını Azərbaycan Prezidenti cənab İlham Əliyevə çatdırmağı xahiş edib.

04 iyun 2021    12:08
820

Pakistanda Azərbaycanın dostları ilə görüşdə

İyunun 3-də Milli Məclisin Sədri Sahibə Qafarova Pakistan İslam Respublikasının Senatında və Milli Assambleyasında fəaliyyət göstərən Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb.

03 iyun 2021    20:55
788

Milli Məclisin Sədri Sahibə Qafarova Pakistana rəsmi səfəri çərçivəsində Milli Assambleyanın Sədri Əsəd Qeysərlə görüşüb

İyunun 3-də Milli Məclisin Sədri Sahibə Qafarova Pakistana rəsmi səfəri çərçivəsində bu ölkənin Milli Assambleyasının Sədri Əsəd Qeysərlə görüşüb. Milli Məclis Sədrinin rəhbərliyi ilə Azərbaycan parlament nümayəndə heyətini Pakistanda görməkdən məmnun olduğunu deyən Milli Assambleyanın Sədri bu səfərin iki ölkə arasında parlamentlərarası münasibətlərin inkişafına yeni töhfələr verəcəyinə əminliyini bildirib.

03 iyun 2021    20:18
902

İtaliyada Azərbaycanın dostları ilə görüşdə

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə nümayəndə heyəti mayın 19-da Romada “Monteçitorio” sarayında İtaliya-Azərbaycan dostluq qrupunun və İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri ilə görüşüb.

19 may 2021    18:58

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.