Milli Məclisin sədri Sahibə Qafarova Əlcəzair Milli Xalq Assambleyasının sədri ilə görüşüb

Sədrin görüşləri
01 iyul 2022 | 18:43   
Paylaşın:        

İyulun 1-də Milli Məclisin sədri Sahibə Qafarova Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan  Əlcəzair Milli Xalq Assambleyasının sədri İbrahim Bouğali ilə görüşüb.

Sahibə Qafarova qonağı salamlayaraq, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Konfransında müzakirə olunan məsələlərdən danışıb. Spiker cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Madriddə təsis olunmuş Parlament Şəbəkəsinin Bakı Konfransının əhəmiyyətini vurğulayıb. Bildirib ki, konfrans “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr edilib. Müasir dünyada parlament diplomatiyasının rolunun günü-gündən artdığı bir vaxtda bu mövzu çox aktualdır.

Milli Məclisin sədri deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Konfransındakı çıxışı və Qoşulmama Hərəkatının qlobal səviyyədə gedən proseslərdə rolu barədə dəyərli fikirləri mühüm önəm daşıyır.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, bu cür tədbirlər Qoşulmama Hərəkatına üzv ölkələrin parlamentləri arasında əməkdaşlığın inkişafı baxımından olduqca zəruridir. Söhbət zamanı spiker Azərbaycan və Əlcəzair parlamentləri arasında əlaqələrin inkişafı perspektivləri barədə fikirlərini bölüşüb.

Səmimi sözlərə görə təşəkkürünü bildirən Əlcəzair Milli Xalq Assambleyasının sədri İbrahim Bouğali Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Konfransına dəvətə görə minnətdarlığını ifadə edib. Qonaq Azərbaycan Prezidenti İlham Əliyevin  Bakı Konfransındakı çıxışını yüksək qiymətləndirib, toxunduğu məsələlərin əhəmiyyətini qeyd edib.

İbrahim Bouğali Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Konfransının yüksək səviyyədə təşkilinə görə təşəkkür edib, Azərbaycanın bu təşəbbüsünü bəyəndiklərini bildirib. Qeyd edib ki, Parlament Şəbəkəsinin Bakı Konfransı xalqlarımızın təmsilçiləri olan parlamentlərimizin bir araya gəlməsi və aktual məsələləri müzakirə etməsi baxımından çox vacibdir.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU