
TƏHLÜKƏSİZLİK və MÜDAFİƏ KOMİTƏSİNDƏ
Dekabrın 18-də Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclasında iki məsələyə baxıldı. Öncə Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərovun məlumatı dinlənildi.

Aqrar siyasət komitəsinin iclasında
Dekabrın 6-da Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirildi. Komitənin sədri Eldar İbrahimov bildirdi ki, iclasın gündəliyinə “Yaşıllıqların mühafizəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi daxil edilib. Qanun layihəsi Milli Məclisə Ekologiya və Təbii Sərəvətlər Nazirliyi tərəfindən hazırlanaraq təqdim olunub.

İQTİSADİ SİYASƏT KOMİTƏSİNDƏ
Dekabrın 6-da Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası oldu. Komitənin sədri Ziyad Səmədzadə öncə “Ticarətin maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının Təsis Sazişinin təsdiq edilməsi barədə” qanun layihəsini təqdim etdi.

İQTİSADİ SİYASƏT KOMİTƏSİNDƏ
Noyabrın 21-də Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası oldu.

İQTİSADİ SİYASƏT KOMİTƏSİNDƏ
Noyabrın 13-də Milli Məclisin İqtisadi siyasət komitəsində yeddi məsələyə baxıldı.

REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNDƏ
Noyabrın 8-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirildi. İclasın gündəliyinə “Xaçmaz rayonunun Xaraxoba kəndinin Palıdlı kəndi adlandırılması haqqında” qanun layihəsi daxil edilmişdir.

MİLLİ MƏCLİSDƏ UŞAQLARIN İSTİRAHƏTİNİN TƏŞKİLİ HAQQINDA QANUN HAZIRLANIR
Noyabrın 7-də Milli Məclisin Sosial siyasət komitəsinin növbəti iclası keçirildi. Komitədə yeni - “Uşaqların istirahətinin təşkili haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı. Komitə sədri Hadi Rəcəbli yeni hazırlanan qanun layihəsi barədə ətraflı məlumat verərək bildirdi ki, sənəd uşaq hüquqları ilə bağlı dövlət siyasətinin əsas istiqamətlərini, uşaqlara istirahət üzrə xidmət göstərilməsinin qayda və şərtlərini, bu prosesin iştirakçılarının hüquq və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir.

MİLLİ MƏCLİSİN ALTI KOMİTƏSİNİN BİRGƏ İCLASINDA AZƏRBAYCAN RESPUBLİKASININ 2014-CÜ İL DÖVLƏT BÜDCƏSİNİN LAYİHƏSİ MÜZAKİRƏ OLUNDU
Milli Məclisin Elm və təhsil, Hüquq siyasəti və dövlət quruculuğu, Regional məsələlər, Mədəniyyət, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin noyabrın 6-da keçirilmiş birgə iclasında “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olundu.

MİLLİ MƏCLİS KOMİTƏLƏRİNİN BİRGƏ İCLASINDA GƏLƏN İLİN DÖVLƏT BÜDCƏSİ LAYİHƏSİ MÜZAKIRƏ OLUNDU
Noyabrın 4-də Milli Məclisin Təhlükəsizlik və müdafiə, İqtisadi siyasət, Aqrar siyasət, Sosial siyasət, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclası keçirildi. İclasda “Azərbaycan Respublikasının 2014-cü ilin dövlət büdcəsi haqqında” qanun laihəsi və büdcə zərfinə daxil olan digər sənədlər müzakirə olundu.

SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ
Oktyabrın 30-da Milli Məclisin Sosial siyasət komitəsinin iclasında dörd məsələyə baxıldı.

AQRAR SİYASƏT KOMİTƏSİNDƏ
Oktyabrın 29-da Milli Məclisin Aqrar siyasət komitəsinin iclası oldu. Komitənin sədri Eldar İbrahimov bildirdi ki, gündəliyə “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” qanunda dəyişikliklər edilməsi barədə məsələ daxil edilib.

İQTİSADİ SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Oktyabrın 14-də Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirildi. Komitə sədri Ziyad Səmədzadə oktyabrın 9-da ölkəmizdə uğurla keçirilmiş Prezident seçkiləri münasibəti ilə iclas iştirakçılarını təbrik etdi. Gündəliklə bağlı məlumat verən Ziyad Səmədzadə bildirdi ki, komitəyə qanunvericilik təşəbbüsü qaydasında Prezident tərəfindən beş qanun layihəsi daxil edilib.

TƏHLÜKƏSİZLİK VƏ MÜDAFİƏ KOMİTƏSİNİN İCLASINDA
Oktyabrın 4-də Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirildi. İclası açan Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov bildirdi ki, bugünkü iclasın gündəliyinə “Azərbaycan və Gürcüstan hökumətləri arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında” Sazişin müzakirəsi daxil edilib.

SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Sentyabrın 30-da Sosial siyasət komitəsinin iclası keçirildi. Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, iclasın gündəliyinə 5 məsələ daxil edilib. Gündəliyə daxil edilən 3 məsələ "Əhalinin sağlamlığının qorunması haqqında" qanun layihəsinə təklif olunan dəyişikliklərlə bağlıdır. Digər 2 məsələ isə "Sosial müavinətlər haqqında" və "Uşaq hüquqları haqqında" qanunlara ediləcək dəyişikliklərdir.

TƏHLÜKƏSİZLİK VƏ MÜDAFİƏ KOMİTƏSİNİN İCLASINDA
Sentyabrın 26-da Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin 2013-cü ilin payız sessiyasında ilk iclası keçirildi. İclasda “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” qanun layihəsində dəyişikliklər edilməsi barədə sənəd müzakirə olundu.

AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Sentyabrın 19-da Milli Məclisin Aqrar siyasət komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirildi. İclası açan komitə sədri Eldar İbrahimov bu münasibətlə həmkarlarını təbrik edərək gündəlikdə duran məsələləri diqqətə çatdırdı.

SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Sentyabrın 18-də Milli Məclisin 2013-cü ilin payız sessiyasında Sosial siyasət komitəsinin ilk iclası keçirildi. İclasda beş qanuna təklif olunan dəyişikliklər müzakirə edildi.

Regional məsələlər komitəsinin iclasında
Sentyabrın 13-də Milli Məclisin Regional məsələlər komitəsinin 2013-cü il payız sessiyasında ilk iclası keçirildi. Komitə sədri Arif Rəhimzadə iclası açaraq parlamentin payız sessiyasının başlaması münasibəti ilə komitə üzvlərini təbrik etdi. Sonra o, gündəliyə daxil edilən məsələlər barədə məlumat verdi.

HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNİN İCLASINDA
İyulun 1-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirildi. İclasda Azərbaycan Respublikası Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki Apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında məsələlərə baxıldı.

KOMİTƏLƏRİN BİRGƏ İCLASINDA
İyunun 21-də Milli Məclisin İqtisadi siyasət, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirildi.