_1705924162.jpeg)
Elm və təhsil komitəsinin iclasında
Yanvarın 22-də Milli Məclisin Elm və təhsil komitəsinin 2024-cü ilin yaz sessiyasında ilk iclası keçirilib.
Küveytli deputatlar Bakıda Şəhidlər xiyabanını ziyarət ediblər
Yanvarın 22-də Küveyt Ümmət Məclisinin Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Məhəmməd Haif Əl-Muteyrinin başçılıq etdiyi nümayəndə heyəti Bakıda Şəhidlər xiyabanını ziyarət edib.

AŞPA-nın qış sessiyasında
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri və AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, nümayəndə heyətinin üzvləri Rafael Hüseynov, Erkin Qədirli, Nigar Arpadarai, Kamal Cəfərov və Sevil Mikayılova AŞPA-nın qış sessiyasında iştirak etmək üçün yanvarın 20-də Fransanın Strasburq şəhərinə səfər edəcəklər.
Milli Məclisin Mədəniyyət komitəsinin 2024-cü ilin yaz sessiyasında ilk iclası keçirilib
Yanvarın 18-də Milli Məclisin Mədəniyyət komitəsinin 2024-cü ilin yaz sessiyasında ilk iclası keçirilib. Komitənin sədri Fazil Mustafa bildirib ki, bugünkü iclasın gündəliyinə 3 məsələ daxil edilib.
_1705580984.jpeg)
Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstan və Tacikistanın ölkəmizdəki səfirləri ilə görüşlər keçirib
Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 18-də Qazaxıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alim Bayellə görüşüb.
İctimai birliklər və dini qurumlar komitəsinin iclasında
Yanvarın 18-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2024-cü ilin yaz sessiyasında ilk iclası keçirilib.
Səhiyyə komitəsinin iclasında
Yanvarın 18-də Milli Məclisin Səhiyyə komitəsinin 2024-cü ilin yaz sessiyasında ilk iclası keçirilib. Komitə sədri Əhliman Əmiraslanov sessiyanın başlaması münasibəti ilə deputatları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Gənclər və idman komitəsinin iclasında
Yanvarın 18-də Milli Məclisin Gənclər və idman komitəsinin 2024-cü ilin yaz sessiyasında ilk iclası keçirilib. Onlayn keçirilən tədbiri açan Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib, fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2024-cü ilin yaz sessiyasında ilk iclası keçirilib
Yanvarın 18-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2024-cü ilin yaz sessiyasında ilk iclası keçirilib. İclası açan komitənin sədri Musa Quliyev bildirib ki, ölkəmiz 7 fevral Prezident seçkiləri ərəfəsindədir. Bu seçkilər ölkəmiz üçün mühüm siyasi hadisə olmaqla yanaşı, həm də Azərbaycanda yeni mərhələnin başlanğıcı olacaq. Komitə sədri qarşıdan gələn seçkilərin uğurlu keçəcəyinə inamını ifadə edib və xalqımıza uğurlar arzulayıb.
Fransa Respublikası Senatının qətnaməsi ilə əlaqədar AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN BEYNƏLXALQ MÜNASİBƏTLƏR VƏ PARLAMENTLƏRARASI ƏLAQƏLƏR KOMİTƏSİNİN BƏYANATI
Fransada fəaliyyət göstərən erməni lobbisi rəhbərlərinin və onların təsiri altında olan Fransa rəsmilərinin və siyasətçilərinin təhriki ilə Fransa Respublikası Senatının 2024-cü il yanvarın 17-də qəbul etdiyi qərəzli, birtərəfli və əsassız qətnamə ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi aşağıdakıları bəyan edir:
_1705500393.jpeg)
Milli Məclisin Aqrar siyasət komitəsinin 2024-cü ilin yaz sesssiyasında ilk iclası keçirilib
Yanvarın 17-də Milli Məclisin Aqrar siyasət komitəsinin 2024-cü ilin yaz sesssiyasında ilk iclası keçirilib.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında
Yanvarın 17-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2024-cü ilin yaz sessiyasında ilk iclası keçirilib.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında
Yanvarın 17-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2024-cü ilin yaz sessiyasında ilk iclası keçirilib. Komitə sədri Ziyafət Əsgərov iclasın gündəliyinə 4 məsələnin – 2023-cü ilin payız sessiyası dövründə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində görülən işlər barədə hesabatın, komitənin 2024-cü il yaz sessiyası üçün iş planının və iki qanun layihəsinin daxil edildiyini söyləyib.
_1705410332.jpeg)
Regional məsələlər komitəsinin 2024-cü ilin yaz sessiyasında ilk iclası keçirilib
Yanvarın 16-da Milli Məclisin Regional məsələlər komitəsinin 2024-cü ilin yaz sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Siyavuş Novruzov parlamentin 2024-cü il yaz sessiyasında deputatlara uğurlar diləyib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında
Yanvarın 16-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2024-cü ilin yaz sessiyasında ilk iclası keçirilib. Komitə sədri Tahir Mirkişili sessiyanın başlaması münasibəti ilə deputatları təbrik edib, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər diləyib.
GUAM PA-nın tədbirlərində
Yanvarın 11-də GUAM Parlament Assambleyasının videokonfrans formatında komitələrinin 6-cı birgə iclası, Bürosunun 18-ci iclası və qurumun 16-cı sessiyası keçirilib. Tədbirlərdə Milli Məclisin deputatları – Azərbaycanın GUAM PA-da nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev, üzvləri Əli Məsimli, Fatma Yıldırım, Cavid Osmanov iştirak ediblər.

Beynəlxalq tədbirdə
Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinin rəhbəri Fəzail İbrahimli yanvarın 9-da İran İslam Respublikasının Tehran şəhərinə səfər edəcək.
_1703942076.jpeg)
Milli Məclisin 2023-cü il payız sessiyası başa çatdı
Dekabrın 30-da parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında son iclası keçirilib.
MEDİA NÜMAYƏNDƏLƏRİNİN NƏZƏRİNƏ
_1703770374.jpeg)
Milli Məclisdə bir qrup tələbə gənclə görüş keçirilib
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev dekabrın 28-də Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bir qrup tələbəsi ilə görüşüb.