Türk Qadın Parlamentarilərin Birinci Zirvə Toplantısında

Milli Məclisin deputatları Tamam Cəfərova və Gülşən Paşayeva mayın 28-də Şimali Kipr Türk Respublikasının Lefkoşa şəhərinə səfər edəcəklər.
Səfərdə deputatlar TÜRKPA-nın və Şimali Kipr Türk Respublikası Məclisinin birgə təşkilatçılığı ilə “Təhsil, mədəniyyət və sahibkarlıq” mövzusunda keçiriləcək Türk Qadın Parlamentarilərin Birinci Zirvə Toplantısında iştirak edəcəklər.
Səfər mayın 31-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi