Ana səhifə  /  XƏBƏRLƏR
1386

Azərbaycan parlament nümayəndə heyəti ABŞ-da səfərdədir

Azərbaycan Respublikası Milli Məclisinin deputatları – ABŞ-la parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov və qrupun üzvləri Nigar Arpadarai, Anatoliy Rafailov və Tural Gəncəliyev ABŞ-da səfərdədirlər.

19 noyabr 2025    09:58
1246

Parlamentlərarası İttifaqın tədbirində

Milli Məclisin deputatı, COP29-un İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai Braziliyanın Belem şəhərində COP30 çərçivəsində keçirilən parlament görüşündə iştirak edib.

17 noyabr 2025    10:05
1536

ATƏT PA-nın sessiyasında

Milli Məclisin deputatları – ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov, üzvləri Pərvin Kərimzadə, Gülşən Paşayeva və Azay Quliyev bu təşkilatın 23-cü payız sessiyasında iştirak etmək üçün noyabrın 16-da Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər.

14 noyabr 2025    14:35
1441

MDB PA-nın tədbirlərində

Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, deputatlar Fariz İsmayılzadə, Bəxtiyar Əliyev, Nizami Səfərov və Sabir Hacıyev MDB PA-nın Şura, plenar və daimi komissiyalarının iclaslarında iştirak etmək üçün Tacikistanın Düşənbə şəhərində səfərdə olublar.

14 noyabr 2025    13:09
1283

Parlamentlərarası konfransda

Pakistan İslam Respublikasının İslamabad şəhərində parlamentlərarası konfrans keçirilib. Konfransda Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov iştirak edib.

14 noyabr 2025    13:07
1890

Milli Məclis komitələrinin birgə iclasında

Noyabrın 13-də keçirilmiş Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə olunub.

13 noyabr 2025    17:58
1367

Milli Məclisin deputatları Şimali Kiprə səfər edəcəklər

Milli Məclisin Azərbaycan-Şimali Kipr Türk Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, qrupun üzvü Azər Allahverənov və deputat Elçin Mirzəbəyli noyabrın 14-də Şimali Kipr Türk Respublikasının Lefkoşa şəhərinə səfər edəcəklər.

13 noyabr 2025    15:07
1665

Milli Məclis komitələrinin birgə iclasında 2026-cı ilin dövlət büdcəsinin layihəsinə baxılıb

Noyabrın 12-də Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. İclasda Milli Məclisin deputatları, müvafiq nazirliklərin və qurumların nümayəndələri iştirak ediblər.

12 noyabr 2025    17:18
1726

Parlamentin 4 komitəsinin birgə iclasında 2026-cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

Noyabrın 7-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclası keçirilib. İclasda “Azərbaycan Respublikasının 2026-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə olunub.

07 noyabr 2025    17:29
1458

Beynəlxalq tədbirlərdə

Milli Məclisin deputatı Vüqar Bayramov noyabrın 8-də Amerika Birləşmiş Ştatlarının Sent-Luis şəhərinə səfər edəcək.

07 noyabr 2025    15:19

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.