Parlamentlərarası konfransda

Tədbirlər
14 noyabr 2025 | 13:07   

Pakistan İslam Respublikasının İslamabad şəhərində parlamentlərarası konfrans keçirilib. Konfransda Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov iştirak edib.

Tədbirdə “Sülh, təhlükəsizlik və inkişaf” mövzusunda müzakirələr aparılıb. Konfransda çıxışı zamanı Əli Əhmədov Azərbaycan Respublikasının sülhün, təhlükəsizliyin və regional sabitliyin təmin olunmasına yönəlmiş siyasəti barədə danışıb.  O, çıxışında Azərbaycan-Pakistan qardaşlıq münasibətlərinin xüsusi önəmini qeyd edib.

Konfransın sonunda iştirakçı ölkələr tərəfindən İslamabad Kommünikesi qəbul edilib.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU