MDB PA-nın tədbirlərində

Tədbirlər
14 noyabr 2025 | 13:09   

Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, deputatlar Fariz İsmayılzadə, Bəxtiyar Əliyev, Nizami Səfərov və Sabir Hacıyev MDB PA-nın Şura, plenar və daimi komissiyalarının iclaslarında iştirak etmək üçün Tacikistanın Düşənbə şəhərində səfərdə olublar.

Səfər çərçivəsində Milli Məclisin deputatları MDB PA Şurasının, həmçinin Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə daimi komissiyasının və Hüquqi məsələlər üzrə daimi komissiyasının iclaslarında iştirak ediblər. İclaslarda bir sıra model qanun layihələri müzakirə olunub, təşkilati məsələlərə baxılıb.

MDB PA-nın 59-cu plenar iclasında isə “MDB iştirakçısı olan dövlətlərdə dərman təminatı haqqında”, “Uşaq hüquqları üzrə müvəkkil haqqında”, “İctimai təhlükəsizlik haqqında”, “Lisenziyalaşdırma haqqında”, “Standartlaşdırma haqqında”, “Su obyektlərindəki mədəni irs nümunələrinin dövlət mühafizəsinin təminatı haqqında” və digər model qanun layihələri müzakirə olunub, bir sıra qanunlara təklif edilən dəyişikliklərə baxılıb.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU