Beynəlxalq tədbirlərdə

Tədbirlər
07 noyabr 2025 | 15:19   

Milli Məclisin deputatı Vüqar Bayramov noyabrın 8-də Amerika Birləşmiş Ştatlarının Sent-Luis şəhərinə  səfər edəcək.

O,  Vaşinqton Universitetində təşkil ediləcək Qlobal Tədqiqat Mükəmməlliyi mövzusuna həsr olunmuş beynəlxalq konfransa qatılacaq, “Azərbaycanda insan kapitalının inkişafı” mövzusunda çıxış edəcək.

 Səfər çərçivəsində Milli Məclisin deputatı Vaşinqton Universitetinin Sosial İnkişaf Mərkəzi tərəfindən təşkil ediləcək Beynəlxalq Sosial İslahatlar barədə konfransda da iştirak edəcək, Azərbaycanda həyata keçirilən sosial islahatlar və inklüziv sosial tədbirlər barədə məruzə edəcək.

Səfər noyabrın 14-də başa çatacaq.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU