Ana səhifə  /  XƏBƏRLƏR  /  Sədrin səfərləri
159

Milli Məclisin sədri Sahibə Qafarova Rumıniyanın Baş naziri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Rumıniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri İon-Marçel Çolaku ilə görüşüb. Milli Məclis sədrini səmimiyyətlə salamlayan Rumıniyanın Baş naziri Azərbaycana səfərini və səfər çərçivəsində Prezident İlham Əliyevlə görüşünü xoş təəssüratlarla xatırlayıb.

11 oktyabr 2023    10:46
226

Milli Məclisin sədri Sahibə Qafarova Parlament Spikerlərinin Avropa Konfransında çıxış edib

Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 29-da İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən Parlament Spikerlərinin Avropa Konfransında çıxış edib. "İctimai təmsilçilikdə bərabərlik və müxtəliflik – gənclərin, qadınların, etnik və sosial qrupların parlament üzvləri kimi iştirakı" mövzusunda müzakirələr zamanı spiker Sahibə Qafarova müzakirə olunan mövzu ilə bağlı Azərbaycanın təcrübəsini və əldə etdiyi nəticələri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

29 sentyabr 2023    17:05
145

Sahibə Qafarova fransalı spikerə: “Qəbul etdiyiniz qətnamələr beynəlxalq hüququn prinsiplərinə ziddir”

Cənubi Qafqazdakı vəziyyətə birtərəfli, qərəzli yanaşma regionumuzda uzunmüddətli sülhün bərqərar olması səylərinə heç bir fayda vermir.
Bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova İrlandiyanın paytaxtı Dublin şəhərində Fransa Milli Assambleyasının sədri Yael Braun-Pivet ilə görüşdə Fransanın Azərbaycana münasibətdə nümayiş etdirdiyi qərəzli mövqeyini tənqid edərkən səsləndirib.

29 sentyabr 2023    00:53

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.