Ana səhifə  /  XƏBƏRLƏR  /  Sədrin səfərləri
206

Bolqarıstanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə və Türkiyə Respublikasının 100 illiyinə həsr olunmuş tədbirdə

Bolqarıstanın paytaxtı Sofiya şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə və Türkiyə Respublikasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti tədbirdə iştirak edib.

13 sentyabr 2023    11:35
281

Milli Məclisin sədri Sahibə Qafarova Serbiyada Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbirdə çıxış edib

Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarova Serbiya Respublikasında rəsmi səfərdədir. Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Serbiya Respublikasının paytaxtı Belqrad şəhərində Azərbaycanın Serbiyadakı səfirliyi tərəfindən keçirilən və 28 may - Müstəqillik Gününə həsr olunmuş tədbirdə iştirak edib.

26 may 2023    12:10
204

Milli Məclisin sədri Sahibə Qafarova Belqradda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyətinin Serbiya Respublikasına rəsmi səfəri davam edir. Səfər çərçivəsində bu gün Azərbaycan nümayəndə heyəti paytaxt Belqraddakı Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət edib.

25 may 2023    22:50
203

Azərbaycan və Serbiya parlamentləri arasında anlaşma memorandumu imzalanıb

Milli Məclisin sədri Sahibə Qafarovanın Serbiya Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan və Serbiya parlamentləri arasında anlaşma memorandumu imzalanıb. Sənədi Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova və Serbiya Milli Assambleyasının sədri Vladimir Orliç imzalayıblar.

25 may 2023    22:37

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.