
Deputatlarımız Avropa Parlamentində görüşlər keçirəcəklər
Milli Məclisin deputatları, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində nümayəndə heyətinin üzvləri Nurlan Həsənov və Sevil Mikayılova yanvarın 15-də Fransanın Strasburq şəhərinə səfər edəcəklər.

Beynəlxalq tədbirdə
Milli Məclisin Azərbaycan-Çili parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Badamov “Gələcəyin konqresi 2023” tədbirində iştirak etmək üçün yanvarın 14-də Çili Respublikasının paytaxtı Santyaqo şəhərinə səfər edəcək.
Milli Məclis Aparatının bir qrup əməkdaşı Türkiyə Böyük Millət Məclisində təcrübə mübadiləsində iştirak edir
Milli Məclis Aparatının bir qrup əməkdaşı Türkiyədə səfərdədir. Onlar Türkiyə Böyük Millət Məclisində (TBMM) keçiriləcək təcrübə mübadiləsində iştirak edirlər. Qrupa parlamentin Aparat rəhbərinin müavini Yaşar Əməşov başçılıq edir.
Azərbaycan Milli Məclisi və Səudiyyə Ərəbistanı Krallığı Şura Məclisinin parlamentlərarası əlaqələr üzrə dostluq qruplarının görüşündə
Yanvarın 11-də Milli Məclisin Səudiyyə Ərəbistanı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun və Səudiyyə Ərəbistanı Krallığı Şura Məclisinin Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvləri arasında görüş keçirilib

Asiya Parlament Assambleyasının tədbirlərində
Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Asiya Parlament Assambleyasının (APA) 13-cü Plenar Sessiyasında iştirak etmək üçün Türkiyənin Antalya şəhərinə işgüzar səfər edib.
Vitse-spiker Adil Əliyev tələbələrlə görüşüb
Dekabrın 28-də Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin SABAH qrupunun tələbələri ilə görüşüb.
Şuşa-Laçın yolundakı etiraz aksiyası ilə bağlı xarici ölkə parlamentlərinə məktublar ünvanlanıb
Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qrupları, o cümlədən Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi tərəfindən xarici ölkə parlamentlərindəki həmkarlarına Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekologiya fəallarının həyata keçirdiyi etiraz aksiyası ilə bağlı məktublar ünvanlanıb.
MEDİA NÜMAYƏNDƏLƏRİNİN NƏZƏRİNƏ
Media nümayəndələrinin diqqətinə çatdırırıq
Milli Məclisdə “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda ictimai dinləmə keçirilib
Dekabrın 15-də Milli Məclisin Elm və təhsil komitəsi ilə Elm və Təhsil Nazirliyinin “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda birgə ictimai dinləməsi keçirilib.
Azərbaycan-Çili parlamentlərarası əlaqələri inkişaf edir
Dekabrın 15-də Milli Məclisin Azərbaycan-Çili parlametlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə Çili Milli Konqresinin Çili-Azərbaycan parlamentlərarası dostluq qrupu arasında onlayn görüş olub.
Milli Məclis komitələrinin birgə dinləməsi keçirilib
Dekabrın 14-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin “Qanunvericilikdə qadın sahibkarlığı: imkan və perspektivlər” mövzusunda birgə dinləməsi keçirilib.
Koreya nümayəndə heyəti ilə görüşdə
Dekabrın 14-də Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Koreya Respublikası Milli Assambleyasının Milli müdafiə komitəsinin sədri Li Hun-seunqun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Türkiyə-Azərbaycan əməkdaşlıq fürsətləri və regional risklər” adlı konfransda
Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu “Türkiyə-Azərbaycan əməkdaşlıq fürsətləri və regional risklər” adlı konfransda iştirak etmək üçün dekabrın 14-də Türkiyənin İstanbul şəhərinə səfər edəcək.

Deputatımız Norveçə səfər edəcək
Milli Məclisin deputatı Məzahir Əfəndiyev Azərbaycan Respublikası ilə BMT arasında həyata keçirilən “Terrorçuların Səyahətinə qarşı Mübarizə Proqramı” çərçivəsində dekabrın 14-də Norveç Krallığının paytaxtı Oslo şəhərinə səfər edəcək.
Milli Məclisdə ictimai dinləmə keçiriləcək
Dekabrın 15-də Milli Məclisdə “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda ictimai dinləmə keçiriləcək.

Beynəlxalq konfransda
Milli Məclisin deputatları Rauf Əliyev və Sabir Hacıyev “MDB ölkələrinin parlament tərəfdaşlığında siyasi partiyaların və blokların fraksiyalarının qarşılıqlı fəaliyyətinin rolu” mövzusunda keçiriləcək III Beynəlxalq konfransda iştirak etmək üçün dekabrın 13-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfər edəcəklər.

AŞPA-nın Hüquqi məsələlər və insan hüquqları komitəsinin iclasında
Milli Məclisin deputatları Kamal Cəfərov və Erkin Qədirli Avropa Şurası Parlament Assambleyasının Hüquqi məsələlər və insan hüquqları komitəsinin iclasında iştirak etmək üçün dekabrın 11-də Paris şəhərinə səfər edəcəklər.
Deputatlarımız beynəlxalq tədbirdə iştirak ediblər
Dekabrın 9-da Qadınlara qarşı Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi Haqqında Konvensiyanın (CEDAW) icrası, hesabatlılıq və atılmalı olan addımlarda Parlamentin iştirakına həsr olunmuş 2-ci PAİ vebinarı keçirilib.

Ankarada Ulu Öndər Heydər Əliyevin anım günü keçiriləcək
Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov dekabrın 10-da Türkiyənin Ankara şəhərinə səfər edəcək.
Milli Məclisdə görüş
Dekabrın 9-da Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova USAİD Özəl Sektorun İnkişafı layihəsinin təmsilçiləri ilə görüşüb. Görüşdə USAİD Özəl Sektorun İnkişafı layihəsi çərçivəsində qadın sahibkarların iqtisadi və sosial həyatda üzləşdiyi çətinliklər və onların aradan qaldırılması üçün görülə biləcək tədbirlər barədə müzakirələr aparılıb.