Ana səhifə  /  XƏBƏRLƏR  /  Tədbirlər
408

TÜRKPA-nın komissiya iclasında

Fevralın 25-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) İqtisadi əməkdaşlıq komissiyasının “Enerji təhlükəsizliyi iqtisadiyyatın dayanıqlı inkişafının amili kimi” mövzusuna həsr olunmuş videokonfrans formatında 12-ci iclası keçirilib.

25 fevral 2025    18:40
411

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin tədbirində

Milli Məclisin Hesablayıcı komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində (QDİƏTPM) nümayəndə heyətimizin rəhbəri Eldar Quliyev bu qurumun Daimi komitəsinin xüsusi iclasında iştirak etmək üçün fevralın 26-da Türkiyə Respublikasının İstanbul şəhərinə səfər edəcək.

25 fevral 2025    15:05
622

Milli Məclisdə görüş

Fevralın 19-da Milli Məclisin Azərbaycan-Qətər parlamentlərarası əlaqələr üzrə işçi qrupunun ölkəmizdə səfərdə olan Qətər parlament nümayəndə heyəti ilə görüşü keçirilib.

19 fevral 2025    19:00
390

Milli Məclisdə görüş

Fevralın 18-də Milli Məclisin sədr müavini Rafael Hüseynov Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Tailand Nümayəndələr Palatası sədrinin müavini Paradorn Prissananantakul ilə görüşüb.

18 fevral 2025    17:46
385

Deputatlar Avstriya və Sloveniyaya səfər edəcəklər

Milli Məclisin deputatları – ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov, üzvləri Azay Quliyev və Sevinc Fətəliyeva fevralın 18-də Avstriyanın Vyana şəhərinə səfər edəcəklər.

17 fevral 2025    14:20
449

Deputatlarımız Türkiyəyə səfər edəcəklər

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Cavanşir Feyziyev və Nəsib Məhəməliyev Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclasında iştirak etmək üçün fevralın 17-də Türkiyə Respublikasının İstanbul şəhərinə səfər edəcəklər.

14 fevral 2025    14:59
640

Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası keçiriləcək

Fevralın 18-dən 20-dək Bakıda Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyası keçiriləcək. “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusuna həsr olunmuş sessiyada 30-dan çox ölkə parlamentinin və beynəlxalq təşkilatın nümayəndə heyətləri, o cümlədən 10-dan çox ölkə spikerinin iştirakı gözlənilir.

12 fevral 2025    14:48
494

Milli Məclisin deputatları Gürcüstana səfər edəcəklər

Milli Məclisin komitə sədrləri - Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev, işçi qrupunun üzvləri Azər Əmiraslanov və Musa Quliyev fevralın 12-də Gürcüstanın Tbilisi şəhərinə səfər edəcəklər.

11 fevral 2025    12:51

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.