Venesuelalı parlamentarilər Ulu Öndərin məzarını və Zəfər parkını ziyarət ediblər
Ölkəmizdə səfərdə olan Venesuela Bolivar Respublikası Milli Asambleyasının sədr müavini, Venesuela-Azərbaycan parlamentlərarası işçi qrupunun sədri Amerika Perez başçılıq etdiyi nümayəndə heyəti aprelin 3-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.
Səfər çərçivəsində nümayəndə heyəti Bakıda Zəfər parkını ziyarət edərək abidə önünə gül dəstələri düzüb.Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verildi.
Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin deputatı, Azerbaycan-Venesuela parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tamam Cəfərova və digər rəsmi şəxslər müşayiət ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi