MDB PA-nın daimi komissiyasında

Tədbirlər
02 aprel 2025 | 15:03   

 

    Aprelin 2-də Müstəqil Dövlət Birliyinin Parlament Assambleyasının (MDB PA) Sosial siyasət və insan hüquqları üzrə daimi komissiyasının videokonfrans formatında iclası keçirilib. Tədbirdə komissiyasının sədri , deputat Nizami Səfərov iştirak edib.

   Nizami Səfərovun sədrlik etdiyi onlayn iclasda IX Sankt-Peterburq Beynəlxalq Əmək Forumunun yekunları, “Valideynlərin uşaqların təhsili və tərbiyəsinə görə məsuliyyəti haqqında”, “Uşaq hüquqları üzrə müvəkkil haqqında”, “MDB-yə üzv dövlətlərdə dərman təminatı haqqında” model qanun layihələri və gündəliyin digər məsələləri ətrafında müzakirələr aparılıb.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU