Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə bir sıra ölkələrin parlament sədrləri ilə görüşlər keçirib
Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfəri çərçivəsində iyulun 30-da İrlandiya Parlamenti Nümayəndələr Palatasının sədri Verona Mörfi və Moldova Parlamentinin sədri İqor Qrosu ilə görüşlər keçirib.
Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq ilə görüşüb
İsveçrənin Cenevrə şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi Martin Çunqonq ilə görüşüb. Görüşdə Azərbaycan Respublikasının Milli Məclisi ilə Parlamentlərarası İttifaq arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
Milli Məclisin sədri Sahibə Qafarova Ali Audit Orqanları Asiya Təşkilatının və Ərəb Ali Audit Qurumları Təşkilatının İdarə Heyətlərinin üzvləri ilə görüşüb
İyulun 18-də Milli Məclisin sədri Sahibə Qafarova Ali Audit Orqanları Asiya Təşkilatının və Ərəb Ali Audit Qurumları Təşkilatının İdarə Heyətlərinin üzvləri ilə görüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistan Xalq Məsləhətinin sədri ilə görüşüb
İyulun 16-da ölkəmizdə səfərdə olan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisə gəlib. Qonaqları Milli Məclisin sədri Sahibə Qafarova qarşılayıb.
Milli Məclisin sədri Sahibə Qafarova Pakistan Milli Assambleyasının sədri ilə görüşüb
İyulun 7-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin rəhbərlik etdiyi parlament nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstan parlamentinin nümayəndə heyəti ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova iyunun 20-də ölkəmizdə səfərdə olan Gürcüstan parlamentinin Sektoral iqtisadiyyat və iqtisadi siyasət komitəsinin sədri Şota Berekaşvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçıları ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova iyunun 18-də “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçıları ilə görüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Respublikası Milli Assambleyasının sədri ilə görüşüb
İyunun 17-də Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikası Milli Assambleyasının sədri Nataliya Kiselova ilə görüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova Şimali Makedoniya Respublikası Assambleyasının sədri ilə görüşüb
İyunun 17-də Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda rəsmi səfərdə olan Şimali Makedoniya Respublikası Assambleyasının sədri Afrim Qaşi ilə görüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Ali Məclisinin Qanunverici Palatasının sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova iyunun 11-də Qazaxıstanın paytaxtı Astana şəhərində Türk Dövlətləri Parlament Assambleyasının XIV plenar iclası çərçivəsində Özbəkistan Respublikası Ali Məclisinin Qanunverici Palatasının sədri Nurdinjon İsmoilov ilə görüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova Astanada Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova iyunun 11-də Qazaxıstanın paytaxtı Astana şəhərində Türk Dövlətləri Parlament Assambleyasının XIV plenar iclası çərçivəsində Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Məclisinin sədri Ziya Öztürkler ilə görüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova Belçika Krallığının ölkəmizdəki səfiri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova iyunun 4-də Belçika Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Julyen de Frepon ilə görüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova iyunun 4-də Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin ilə görüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razeq ilə görüşüb
Mayın 26-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razeq ilə görüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova mayın 15-də Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Lu Mey ilə görüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova Macarıstan Milli Assambleyasının sədr müavini ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Macarıstan Milli Assambleyasının sədr müavini Sandor Lezsakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın Azərbaycandakı səfiri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova mayın 15-də Qazaxıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayel ilə görüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə görüşüb
Mayın 8-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova videokonfrans formatında seçicilərin növbəti qəbulunu keçirib
Aprelin 24-də Milli Məclisin sədri, 102 saylı Şəmkir şəhər seçki dairəsindən millət vəkili Sahibə Qafarova videokonfrans formatında seçicilərin növbəti qəbulunu keçirib.
Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstan Prezidenti ilə görüşüb
Aprelin 16-da ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə olub.

