Milli Məclisin sədri Sahibə Qafarova ilə Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk arasında telefon danışığı olub

Sədrin görüşləri
18 avqust 2025 | 16:18   

Milli Məclisin sədri Sahibə Qafarova ilə Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk arasında telefon danışığı baş tutub. Telefon danışığı zamanı iki ölkə parlamenti arasında əməkdaşlıq məsələləri müzakirə edilib, əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə olunub.

Söhbətdə Azərbaycan-Ukrayna münasibətlərinin hərtərəfli inkişafı fonunda parlamentlər arasında əməkdaşlığın daha da genişləndirilməsi yolları nəzərdən keçirilib, qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Bu kontekstdə, spiker Sahibə Qafarova Ruslan Stefançuku Azərbaycan Respublikasına səfərə dəvət edib. Telefon danışığı zamanı  parlamentlərarası əlaqələrin birgə səylərlə həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da inkişaf edəcəyinə inam ifadə olunub.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU