Ana səhifə  /  XƏBƏRLƏR  /  Sədrin görüşləri
588

Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb

Oktyabrın 19-da Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qurbanmammet Elyasovla görüşüb. Sahibə Qafarova səfiri salamlayaraq, onu ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib, onun fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərin daha da inkişaf edəcəyinə inamını bildirib.

19 oktyabr 2022    17:50
518

Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 19-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fergus Auldla görüşüb. Qonağı salamlayan spiker, diplomatı bu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

19 oktyabr 2022    17:18
553

Milli Məclisin sədri Sahibə Qafarova Moldovanın Baş naziri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 10-da ölkəmizdə səfərdə olan Moldova Respublikasının Baş naziri Nataliya Qavrilitsa ilə görüşüb. Milli Məclisin sədri Moldova Respublikasının Baş nazirini salamlayaraq, Azərbaycan ilə Moldova arasında əlaqələrin hazırki səviyyəsi haqqında danışıb. Spiker ölkələrimiz arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu vurğulayaraq, bu il ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 30-cu ildönümünü qeyd etdiyimizi diqqətə çatdırıb.

10 oktyabr 2022    18:49
858

Milli Məclisdə şəhidlərin xatirəsi yad edilib

Bu gün saat 12.00-da Milli Məclisin sədri Sahibə Qafarova, sədrin birinci müavini Əli Hüseynli, sədr müavinləri Adil Əliyev, Fəzail İbrahimli, deputatlar, parlament Aparatının və İşlər İdarəsinin kollektivləri Vətən müharibəsində böyük rəşadət göstərərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

27 sentyabr 2022    14:46
547

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşüb

Sentyabrın 26-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşüb. Əvvəlcə, tərəflər arasında təkbətək görüş keçirilib. Görüşdə ölkələrimiz və qanunverici orqanlarımız arasında əlaqələrin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparılıb.

26 sentyabr 2022    18:49
665

Milli Məclisin sədri Sahibə Qafarova Koreya Respublikası Prezidentinin xüsusi nümayəndəsi ilə görüşüb

Avqustun 24-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Koreya Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Busan şəhərinin “Expo 2030” Ümumdünya Sərgisinə ev sahibliyinin dəstəklənməsi üzrə Xüsusi Komitənin sədri, Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri So Byonq-Sunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

24 avqust 2022    17:53

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.