Ana səhifə  /  XƏBƏRLƏR  /  Plenar iclaslar
2013

MİLLİ MƏCLİSİN İCLASINDA

Fevralın 15-də Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.
İclasa başlamazdan əvvəl, spiker Sahibə Qafarova onun başçılığı ilə Milli Məclisin nümayəndə heyətinin fevralın 1-dən 7-dək Baltikyanı ölkələrə rəsmi səfəri barədə qısa məlumat verib.

15 fevral 2022    18:26
1672

Milli Məclisin yaz sessiyasında ilk plenar iclası keçirilib

Fevralın 1-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında ilk plenar iclası keçirilib. Milli Məclisin sədri sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

01 fevral 2022    17:39
1797

Milli Məclisin 2021-ci il payız sessiyası başa çatıb

Dekabrın 30-da Milli Məclisin cari ildə son iclası keçirilib. İclasın gündəliyi qəbul edildikdən sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, ənənəyə uyğun olaraq hər il Dünya azərbaycanlılarının həmrəyliyi günü ərəfəsində Milli Məclis dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımıza və həmvətənlərimizə Müraciət qəbul edir. Müraciətin hazırlanması üçün Redaksiya komissiyası yaradılmalıdır.

30 dekabr 2021    18:00
1941

Milli Məclis Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrik edib

Dekabrın 24-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib. İclası açan Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bugünkü iclas çox əlamətdar bir gündə keçirilir. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 1961-ci il dekabr ayının 24-də Azərbaycan xalqının ümummilli lideri, dahi dövlət xadimi Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın ailəsində anadan olub.

24 dekabr 2021    18:43
2133

Milli Məclisin iclasında

Dekabrın 20-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirilib.
Spiker Sahibə Qafarova iclasın gündəliyinə 34 məsələnin daxil edildiyini bildirib.

20 dekabr 2021    20:13
1943

Milli Məclisin növbəti plenar iclası keçirilib

Dekabrın 14-də Milli Məclisin payız sessiyasında növbəti iclası keçirilib. İclası açan Milli Məclisin sədri Sahibə Qafarova əvvəlcə Milli Məclisin nümayəndə heyətinin dekabrın 8-dən 10-dək Türkiyənin İstanbul şəhərinə işgüzar səfəri barədə qısa məlumat verib.
Bildirib ki, səfərin məramı İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının 16-cı konfransında iştirak etmək idi. Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi etdiyi tədbir "Paylaşım, vicdan və İslam: Fələstin, miqrasiya və Əfqanıstan" mövzusuna həsr olunmuşdu.

14 dekabr 2021    19:18
5451

Milli Məclisdə “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar qəbul olundu

Noyabrın 5-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib. İclası açan Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bu iclas Azərbaycan tarixinin şanlı hadisəsi ərəfəsində keçirilir, noyabrın 8-də xalqımız 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbəmizi təcəssüm etdirən Zəfər Gününü qeyd edəcək.

05 noyabr 2021    18:47
1680

Milli Məclisdə “Müstəqillik Günü haqqında” qanun layihəsi qəbul olundu

Oktyabrın 15-də Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirilib. Spiker bildirib ki, bu iclas ölkəmizin və xalqımızın həyatında dönüş yaradan tarixi bir gün ərəfəsində keçirilir. Oktyabrın 18-də biz Azərbaycanın müstəqilliyinin bərpasının 30 illiyini qeyd edəcəyik.

15 oktyabr 2021    18:41
1301

MİLLİ MƏCLİSİN İCLASINDA

Oktyabrın 11-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib. İclası açan Milli Məclisin sədri Sahibə Qafarova əvvəlcə Milli Məclisin nümayəndə heyətinin Slovakiya Respublikasına oktyabrın 7-dən 9-dək davam etmiş rəsmi səfəri barədə qısa məlumat verib.

11 oktyabr 2021    19:04
3080

MİLLİ MƏCLİSİN NÖVBƏDƏNKƏNAR SESSİYASININ İCLASINDA

Avqustun 3-də Milli Məclisin növbədənkənar sessiyasının iclası keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova növbədənkənar sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

03 avqust 2021    16:29

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.