Ana səhifə  /  XƏBƏRLƏR  /  Plenar iclaslar
509

Milli Məclisin iclasında

Noyabrın 6-da Milli Məclisin növbəti plenar iclası keçirilib. İclası açan Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun və xalqımızın Qarabağ uğrunda qurtuluş savaşı həlledici mərhələyə daxil olub.

06 noyabr 2020    11:30
655

Milli Məclisin iclasında

Oktyabrın 27-də Milli Məclisin növbəti plenar iclası keçirilib. İclası Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli aparıb. Birinci vitse-spiker bildirib ki, dünən Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycan xalqına növbəti müraciət edib.

27 oktyabr 2020    15:35
757

Milli Məclisin iclasında

Oktyabrın 2-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirildi. İclası açan Parlamentin Sədri Sahibə Qafarova əvvəlcə Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatlar, ölkəmizin haqq savaşı, şanlı ordumuzun zəfər yürüşü ilə bağlı fikirlərini bildirdi.

02 oktyabr 2020    10:37
622

Milli Məclis “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanının təsdiq edilməsi barədə qərar qəbul etdi

Sentyabrın 27-də Milli Məclisin iclası keçirildi. Milli Məclisin Sədri Sahibə Qafarova iclası açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra Milli Məclisin Sədri Sahibə Qafarova bildirdi ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndinə və 111-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev “Hərbi vəziyyət elan edilməsi haqqında” Fərman imzalamış və həmin Fərmanı təsdiq edilmək üçün Milli Məclisə təqdim etmişdir.

27 sentyabr 2020    17:13
542

Milli Məclisin növbədənkənar sessiyası öz işini başa çatdırdı

Avqustun 7-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirildi. Parlamentin Sədri Sahibə Qafarova iclası açaraq diqqətə çatdırdı ki, gündəliyə üçüncü oxunuşda 6 məsələ daxil edilib. Deputatlar gündəlikdəki məsələləri təsdiq etdilər.

07 avqust 2020    18:19
579

MİLLİ MƏCLİSİN İCLASINDA

İyunun 30-da Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirildi. Milli Məclisin Sədri Sahibə Qafarova bildirdi ki, gündəliyə 7 məsələ daxil edilib və sənədlərin hamısı üçüncü oxunuşda olan qanun layihələridir.

30 iyun 2020    01:06

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.