Ana səhifə  /  XƏBƏRLƏR
544

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

Sentyabrın 24-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin cari ilin payız sessiyasında növbəti iclası keçirilib. Komitənin sədri Azər Əmiraslanov iclası açaraq gündəliyə 4 məsələnin daxil edildiyini bildirib.

24 sentyabr 2026    17:59
426

Gənclər və idman komitəsinin iclasında

Sentyabrın 22-də Milli Məclisin Gənclər və idman komitəsinin 2026-cı ilin payız sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Şahin İsmayılov yeni sessiyada komitənin fəaliyyətinə uğurlar arzulayıb və gündəliyə iki məsələnin daxil edildiyini bildirib.

22 sentyabr 2026    16:13
355

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında

Sentyabrın 22-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib. Komitənin sədri Sadiq Qurbanov iclası açaraq komitə üzvlərinə növbəti sessiyada uğurlar arzulayıb.

22 sentyabr 2026    14:47
268

Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın Uşaq Hüquqları Komitəsi tərəfindən təşkil olunan onlayn brifinqdə çıxış edib

Sentyabrın 21-də Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın Uşaq Hüquqları Komitəsi tərəfindən təşkil olunan “Uşaqların inklüziv və keyfiyyətli təhsil hüququnun təmin edilməsində süni intellektin imkanları və riskləri” mövzusuna həsr olunmuş onlayn brifinqdə çıxış edib.

21 sentyabr 2026    19:17
180

Asiya Parlament Assambleyasının komitə iclasında

Milli Məclisin deputatı, Asiya Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev sentyabrın 22-də bu təşkilatın Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasında iştirak etmək üçün Tacikistan Respublikasının Düşənbə şəhərinə səfər edəcək.

21 sentyabr 2026    12:19
359

Aqrar siyasət komitəsinin iclasında

Sentyabrın 18-də Milli Məclisin Aqrar siyasət komitəsinin 2026-cı ilin payız sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Tahir Rzayev yeni sessiyada komitənin fəaliyyətinə uğurlar arzulayıb, gündəliyə 6 məsələnin daxil edildiyini bildirib.

18 sentyabr 2026    16:19
398

Səhiyyə komitəsinin iclasında

Sentyabrın 17-də Milli Məclisin Səhiyyə komitəsinin 2026-cı ilin payız sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Əhliman Əmiraslanov yeni sessiyada komitənin fəaliyyətinə uğurlar arzulayıb və gündəliyə 2 məsələnin daxil edildiyini bildirib.

17 sentyabr 2026    16:20
470

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

Sentyabrın 17-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib. İclasda 11 məsələ – 2026-cı ilin yaz və növbədənkənar sessiyaları dövründə komitədə görülən işlər barədə hesabat, komitənin 2026-cı ilin payız sessiyası üçün iş planının layihəsi və bir sıra qanun layihələri müzakirəyə çıxarılıb.

17 sentyabr 2026    14:52
259

Pan-Afrika Parlamentinin prezidenti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

Ölkəmizdə səfərdə olan Pan-Afrika Parlamentinin prezidenti Fateh Butbiqin başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 16-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə tər çiçəklər düzüb.

16 sentyabr 2026    15:54

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.