Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstan Respublikasına işgüzar səfərə gəlib

Sədrin səfərləri
05 noyabr 2026 | 18:45   

Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 5-də Qazaxıstan Respublikasına işgüzar səfərə gəlib.

Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayının sədr müavini Dinara Zakiyeva, xarici işlər nazirinin müavini Arman İsaqaliyev, Azərbaycanın Qazaxıstandakı səfiri Əlimirzamin Əsgərov və digər rəsmi şəxslər qarşılayıblar.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU