Ana səhifə  /  XƏBƏRLƏR
90

Avropa Parlamentinin “Avropa İttifaqı və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac” adlı 2024-cü il 13 mart tarixli qətnaməsinə Azərbaycan Respublikası Milli Məclisinin münasibəti

Avropa Parlamenti 2024-cü il martın 13-də qəbul etdiyi qətnamə ilə növbəti dəfə Azərbaycana qarşı olan açıq qərəzini nümayiş etdirib. Görünən odur ki, Avropa xalqlarının problemləri, qarşılaşdıqları çağırışlarla məşğul olmaq əvəzinə, Avropa Parlamenti artıq tam şəkildə erməni lobbisinin, Azərbaycanofob, islamofob, şovinist və irqçi qüvvələrin qanuni təmsilçisinə çevrilib.

14 mart 2024    14:35
218

Əmək və sosial siyasət komitəsinin iclasında

Martın 13-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib. Komitənin sədri Musa Quliyev diqqətə çatdırıb ki, gündəliyə 6 məsələ daxil edilib.

13 mart 2024    18:36
132

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında

Martın 13-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib. Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Əli Hüseynli iclası açaraq, gündəliyə birinci oxunuşda 4 məsələnin daxil edildiyini bildirib.

13 mart 2024    15:25
45

Gürcüstan parlamentinin nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda səfərdə olan Gürcüstan Parlamentinin Təhsil, elm və gənclər məsələləri üzrə komitəsinin sədri Givi Mikanadzenin başçılıq etdiyi nümayəndə heyəti martın 12-də Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib,abidə önünə tər çiçəklər düzüb.

12 mart 2024    12:08
61

Gürcüstan parlamentariləri ilə görüşdə

Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri martın 11-də Gürcüstanın Təhsil, elm və gənclər məsələləri komitəsinin sədri Givi Mikanadzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.

11 mart 2024    18:53
79

Gürcüstan parlament nümayəndə heyəti Milli Məclisdə olub

Martın 11-də Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev Gürcüstan Parlamentinin Təhsil, elm və gənclər məsələləri üzrə komitəsinin sədri Givi Mikanadzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

11 mart 2024    17:51
57

Milli Məclisin deputatı beynəlxalq tədbirdə iştirak edəcək

Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyəti sədrinin müavini Ramil Həsən BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının Davamlı İnkişaf üzrə Forumunda iştirak etmək üçün martın 12-də İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə səfər edəcək.

11 mart 2024    10:46
128

Milli Məclisin sədri Sahibə Qafarova Latviyanın ölkəmizdəki səfirini qəbul edib

Martın 6-da Milli Məclisin sədri Sahibə Qafarova Latviya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Edqars Skuyanı qəbul edib. Azərbaycan və Latviyanın dost və tərəfdaş ölkələr olduğunu vurğulayan spiker Sahibə Qafarova, ikitərəfli münasibətlərimizin zəngin tarixə malik olduğunu qeyd edib.

06 mart 2024    16:01
305

Milli Məclisin iclasında

Martın 5-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

05 mart 2024    18:58
48

Avstriya nümayəndə heyəti Ağdam şəhərində səfərdə olub

Xəbər verildiyi kimi, Avstriya-Cənubi Qafqaz dostluq qrupunun rəhbəri Andreas Minnixin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Səfər çərçivəsində martın 5-də Avstriya nümayəndə heyətinin üzvləri işğaldan azad olunmuş Ağdam şəhərində olublar, burada Ermənistanın işğal zamanı Azərbaycan ərazisində törətdiyi vandalizmi öz gözləri ilə görüblər.

05 mart 2024    17:34
77

Azərbaycan-Avstriya əlaqələri inkişaf edir

Martın 4-də Milli Məclisin Avstriya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin Avstriya Respublikası Milli Şurasının Avstriya-Cənubi Qafqaz Parlament Qrupunun rəhbəri Andreas Minnixin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü olub.

04 mart 2024    18:29
72

TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının iclasında

Martın 4-də Milli Məclisin inzibati binasında Türk Dövlətləri Parlament Assambleyasının Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının “TÜRKPA üzv dövlətlərində elmi və texnoloji inkişafda parlamentlərin rolu və qanunvericilik dəstəyi” mövzusuna həsr edilmiş 11-ci iclası keçirilib. İclası Milli Məclisin komitə sədri, TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədri Əhliman Əmiraslanov açaraq tədbir iştirakçılarını Milli Məclisin sədri Sahibə Qafarovanın adından salamlayıb və onlara uğurlar arzulayıb.

04 mart 2024    17:14

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.