Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar
_1794127277.jpg)
8 noyabr – Zəfər Günü münasibətilə noyabrın 8-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar.
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsinin önünə gül dəstələri düzüblər.

