FEYZİYEV Cavanşir Əyyub oğlu

Member of the Milli Majlis of Azerbaijan Republic
Constituency: 115 saylı Şəki kənd ikinci seçki dairəsi
1963-cü il iyulun 12-də Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olmuşdur. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Fransız və ingilis dilləri üzrə tərcümə fakültəsini bitirmişdir. Fəlsəfə üzrə fəlsəfə doktorudur. 3 monoqrafiyanın, 50-dən çox elmi məqalənin müəllifidir. Rus, ingilis və fransız dillərini bilir. 1991-ci ildən Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu Tərcümə kafedrasının müəllimi, həmin institutun nəzdindəki «Linqvist» tədris-tərcümə mərkəzinin icraçı direktoru işləmişdir. 1994-cü ildən Belçikanın «Sərhədsiz həkimlər» beynəlxalq humanitar təşkilatının tərcüməçisi, 1995-ci ildən ABŞ-ın «Philip Morris» şirkətinin Qafqaz nümayəndəliyində inzibati şöbənin müdiri, marketinq və reklam şöbəsinin müdiri, 1998-ci ildən «Planet Ko Ltd» şirkətinin direktoru vəzifələrində çalışmışdır. 2003–2010-cu illərdə «Avromed» Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru olmuşdur. 2013-cü ildən Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Beynəlxalq əlaqələr komissiyasının sədridir. Bitərəfdir. Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Mədəniyyət komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Fransa, İsveçrə, Kanada, Qətər, Macarıstan, Uruqvay parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Türkdilli Ölkələrin Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsinin həmsədridir. Evlidir, 4 övladı var.
Party association: Independent

The Milli Majlis of the Republic of Azerbaijan - The state legislative power branch organ is a unicameral parliament that has 125 MPs. The MPs are elected as based on the majority electoral system by free, private and confidential vote reliant on the general, equitable and immediate suffrage. The tenure of a Milli Majlis convocation is 5 years.