MƏSİMLİ Əli Əhməd oğlu

Member of the Milli Majlis of Azerbaijan Republic
Constituency: 114 saylı Şəki kənd birinci
1953-cü il yanvarın 3-də Şəki şəhərində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Siyasi iqtisad fakültəsini bitirmişdir. İqtisadiyyat üzrə fəlsəfə doktorudur. Çoxsaylı broşürlərin, məqalələrin və araşdırmaların müəllifidir. Rus dilini bilir. 1980-ci ildən Azərbaycan EA-nın İqtisadiyyat İnstitutunda laborant, kiçik elmi işçi, elmi işçi, şöbə müdiri işləmişdir. 1991-ci ildən Azərbaycan Respublikası Prezidenti Aparatının İqtisadiyyatın idarə edilməsinin təşkili şöbəsinin bölmə müdiri, Sosial-iqtisadi inkişaf şöbəsinin baş məsləhətçisi, 1992-ci ildən Azərbaycan Respublikası Xarici İnvestisiyalar Komitəsinin sədri, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri, Baş nazir əvəzi, iqtisadiyyat naziri vəzifələrində çalışmışdır. 1989–2004-cü illərdə AXC(P)-nin İqtisadiyyat komissiyasının sədri, iqtisadi məsələlər üzrə sədr müavini, Azad Demokratlar Birliyi Təşkilat Komitəsinin sədri, 1993–2005-ci illərdə «Müstəqil İqtisadçılar Birliyi» ictimai təşkilatının prezidenti olmuşdur. 2010-cu ildən İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəridir. Bitərəfdir. Üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüdür. Azərbaycan-Vyetnam parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstriya, Çin, İsveçrə, Mavritaniya, Norveç, Ukrayna, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. GUAM-ın Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir, 2 övladı var.
Party association: Independent

The Milli Majlis of the Republic of Azerbaijan - The state legislative power branch organ is a unicameral parliament that has 125 MPs. The MPs are elected as based on the majority electoral system by free, private and confidential vote reliant on the general, equitable and immediate suffrage. The tenure of a Milli Majlis convocation is 5 years.