NƏBİZADƏ Kamran Telman oğlu

Member of the Milli Majlis of Azerbaijan Republic
Constituency: 107 saylı Qazax
1971-ci il fevralın 5-də Bakı şəhərində anadan olmuşdur. Moskva Dövlət Universitetinin İqtisadiyyat fakültəsini və Ümumrusiya Xarici Ticarət Akademiyasını bitirmişdir. İngilis dilini bilir. 1992–1993-cü illərdə Azərbaycan Milli İstiqlal Partiyası Mərkəzi Aparatının İqtisadiyyat şöbəsində referent, «Bəhrə» elm-istehsalat ticarət firmasında baş iqtisadçı işləmiş, 1993–1997-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Xarici İqtisadi Əlaqələr İdarəsinin mühəndisi, aparıcı mütəxəssisi, şöbə müdirinin müavini, 1997–2004-cü illərdə «Lukoil Marine İnternational LTD» şirkətinin vitse-prezidenti, Azərbaycan baş nümayəndəliyinin müdiri, 2004–2006-cı illərdə «NVF-Consulting Co İnc» şirkəti direktorunun müavini, 2006-cı ildə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin baş məsləhətçisi, Dövlət və beynəlxalq proqramların icrasına nəzarət şöbəsi müdirinin müavini vəzifələrində çalışmış, 2006–2007- ci illərdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində idarə rəisinin müavini, 2007–2015-ci illərdə «NKH» MMC-nin Direktorlar Şurasının sədri olmuşdur. Bitərəfdir. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi sədrinin müavini, Gənclər və idman komitəsinin, İntizam komissiyasının üzvüdür. Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstraliya və Yeni Zelandiya, Avstriya, Böyük Britaniya, Çexiya, Gürcüstan, İsveçrə, Latviya, Mərakeş, Rusiya, Tacikistan, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir, 3 övladı var
Party association: Independent

The Milli Majlis of the Republic of Azerbaijan - The state legislative power branch organ is a unicameral parliament that has 125 MPs. The MPs are elected as based on the majority electoral system by free, private and confidential vote reliant on the general, equitable and immediate suffrage. The tenure of a Milli Majlis convocation is 5 years.