HÜSEYNOVA Sevinc Əmirəhməd qızı

Member of the Milli Majlis of Azerbaijan Republic
Constituency: 103 saylı Gədəbəy seçki dairəsi
1970-ci il yanvarın 28-də Gədəbəy rayonunun Slavyanka kəndində anadan olmuşdur. Saratov Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir. 1992–1994-cü illərdə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin Gədəbəy rayon Torpaq şöbəsində inspektor, 1994–2006-cı illərdə Gədəbəy Rayon Gənclər və İdman İdarəsinin rəisi, 2006–2009-cu illərdə Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini-şöbə müdiri işləmişdir. 2009–2010-cu illərdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində baş məsləhətçi-kollegiyanın məsul katibi, Regionlar ilə iş və kadrlar şöbəsinin aparıcı məsləhətçisi vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür. Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin, Gənclər və idman komitəsinin üzvüdür. Almaniya Federativ Respublikası, Kanada, Qazaxıstan, Mavritaniya, Misir, Rusiya, Yaponiya, Yunanıstan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Türkdilli Ölkələrin Parlament Assambleyasında və Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvüdür. Evlidir.
Party association: New Azerbaijan Party

The Milli Majlis of the Republic of Azerbaijan - The state legislative power branch organ is a unicameral parliament that has 125 MPs. The MPs are elected as based on the majority electoral system by free, private and confidential vote reliant on the general, equitable and immediate suffrage. The tenure of a Milli Majlis convocation is 5 years.