ƏLİYEVA Sona Sakit qızı

Member of the Milli Majlis of Azerbaijan Republic
Constituency: 99 saylı Şəmkir kənd seçki dairəsi
1980-ci il avqustun 4-də Şəmkir şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya fakültəsini bitirmişdir. Əməkdar müəllimdir. Rus dilini bilir. 2000-ci ildən Şəmkir şəhərində orta məktəb müəllimi, 2012-ci ildən Şəmkir rayon Təhsil İdarəsində metodist işləmişdir. 2013–2015-ci illərdə Şəmkir Şəhər İcra Hakimiyyəti başçısının müavini, İcra Hakimiyyətinin İctimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür. Milli Məclisin İnsan hüquqları komitəsinin, Elm və təhsil komitəsinin üzvüdür. Argentina, Cənubi Afrika Respublikası, İndoneziya, İordaniya, İrlandiya, Qazaxıstan, Litva, Lüksemburq, Səudiyyə Ərəbistanı, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir, 3 övladı var.
Party association: New Azerbaijan Party

The Milli Majlis of the Republic of Azerbaijan - The state legislative power branch organ is a unicameral parliament that has 125 MPs. The MPs are elected as based on the majority electoral system by free, private and confidential vote reliant on the general, equitable and immediate suffrage. The tenure of a Milli Majlis convocation is 5 years.