QAFAROVA Sahibə Əli qızı

Member of the Milli Majlis of Azerbaijan Republic
Constituency: 98 saylı Şəmkir şəhər seçki dairəsi
1955-ci il martın 19-da Şəmkir şəhərində anadan olmuşdur. Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun Rus dili və ədəbiyyatı fakültəsini və Azərbaycan Dillər Universitetinin İngilis filologiyası fakültəsini fərqlənmə diplomları ilə bitirmişdir. Filologiya elmləri doktoru, professordur. Bir neçə monoqrafiyanın, dərsliyin, dərs vəsaitinin və 80-dən çox elmi məqalənin müəllifidir. İngilis və rus dillərini bilir. 1978-ci ildən Şəmkir şəhərində orta məktəblərdə müəllim işləmişdir. 1981-ci ildən Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun laborantı, müəllimi, baş müəllimi, dosenti, professoru, Qərb Universitetinin Qərb dilləri fakültəsinin dekanı, Bakı Slavyan Universitetinin Avropa dilləri kafedrasının müdiri vəzifələrində çalışmışdır. 2004-cü ildən həmin universitetin beynəlxalq əlaqələr üzrə prorektorudur. 2006–2007-ci illərdə ABŞ Dövlət Departamentinin Fulbright Scholarship proqramı çərçivəsində Miçiqan Universitetinin Qadınlar və Gender Araşdırmaları İnstitutunda çalışmış, ABŞ-ın Miçiqan, Prinston, Tennessi universitetlərində mühazirələr oxumuşdur. Yeni Azərbaycan Partiyasının üzvüdür. Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Amerika Birləşmiş Ştatları, Birləşmiş Ərəb Əmirlikləri, Çexiya, Fransa, Kolumbiya, Rusiya, Sloveniya, Türkiyə, Uruqvay parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. AŞPA-nın Miqrantlar, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri, Qadınlara qarşı zorakılıq üzrə baş məruzəçisidir. «Zorakılıqdan azad qadınlar» şəbəkəsinin siyasi koordinatorudur. Evlidir, 2 övladı var.
Party association: New Azerbaijan Party

The Milli Majlis of the Republic of Azerbaijan - The state legislative power branch organ is a unicameral parliament that has 125 MPs. The MPs are elected as based on the majority electoral system by free, private and confidential vote reliant on the general, equitable and immediate suffrage. The tenure of a Milli Majlis convocation is 5 years.