VƏLİYEV Ağalar İsrafil oğlu

Member of the Milli Majlis of Azerbaijan Republic
Constituency: 97 saylı Goranboy-Ağdam- Tərtər seçki dairəsi
1957-ci il iyulun 23-də Yevlax şəhərində anadan olmuşdur. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakültəsini bitirmişdir. Əməkdar mühəndisdir. Rus dilini bilir. 1976-cı ildən Yevlax dəmir-beton məmulatı zavodunda fəhlə, texnik- laborant, mühəndis, şöbə rəisi, baş mühəndis, direktor vəzifələrində çalışmışdır. 1991-ci ildən «Azəravtoyol» İstehsalat Birliyi Yevlax Körpütikinti Kombinatının baş direktoru, 1993-cü ildən Yevlax 2 saylı «Yoltəmirtikinti» trestinin rəisi, 1996-cı ildən «Azəraqrartikinti» Dövlət Şirkətinin prezidenti, 1998-ci ildən «Azəraqrartikinti» Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri olmuşdur. 2015-ci ildən «Azəraqrartikinti» Açıq Səhmdar Cəmiyyəti Müşahidə Şurasının sədridir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavinidir. Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstraliya və Yeni Zelandiya, Avstriya, Belarus, Çin, Özbəkistan, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Türkdilli Ölkələrin Parlament Assambleyasında və Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvüdür. Evlidir, 1 övladı var.
Party association: New Azerbaijan Party

The Milli Majlis of the Republic of Azerbaijan - The state legislative power branch organ is a unicameral parliament that has 125 MPs. The MPs are elected as based on the majority electoral system by free, private and confidential vote reliant on the general, equitable and immediate suffrage. The tenure of a Milli Majlis convocation is 5 years.